2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Yunus Oğuz bu seçkidə də namizədliyini irəli sürür

Baş redaktor bunun öz təşəbbüsü olduğunu bildirib

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb. Y.Oğuz öz təşəbbüsü ilə namizəd olduğunu bildirib.

Ədliyyə Nazirliyində 2002-ci ildə qeydiyyatdan keçmiş Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz bu il martın 28-də fəaliyyətlərini dayandırdığı haqda bəyanat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Y.Oğuz 2003-cü il seçkilərinə qatılsa da, seçki marafonunun gedişində hakim partiyanın namizədi İlham Əliyevin xeyrinə güzəştə gedib.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev və Fuad Əliyev namizədliklərini irəli sürüblər.

AXCPMüsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button