2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Yunuslar haqqında məcburi gətirilmə qərarı çıxarıldı

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb. Qərarı mayın 17-də Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

Məhkəmədə Yunusların vəkili Elçin Sadıqov vəsatət qaldıraraq, apellyasiya şikayətinə müdafiə etdiyi şəxslərin iştirakı olmadan baxılmasını istəyib. Vəsatətini əsaslandırarkən deyib ki, L.Yunus və həyat yoldaşının üzərində şərti cəza olsa da, onların ölkədən çıxışına Ali Məhkəmə icazə verib. Ona görə də, məhkəmənin onların iştirakı olmadan keçirilməsi mümkündür.

Saytların yığılması Saytlarin yigilmasi

«Onların hazırda məhkəmədə iştirakı müalicə almaları səbəbindən mümkün deyil. Ona görə də, onların «Skype», «Whatsapp», «Facebook» vasitəsilə məhkəmə iclasına qatılması təmin edilsin», – E.Sadıqov bildirib.

Dövlət ittihamçısı vəsatətə etiraz edib və məhkəmədə Yunusların özünün iştirak etməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin olunmadığını açıqlayıb. Həmçinin Leyla və Arif Yunusların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb.

Məhkəmə mayın 31-nə təyin olunub.

XATIRLATMA

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi L.Yunusu 8 il 6 ay, A.Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Ötən il aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib. Bundan sonra L.Yunus Azərbaycanda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.

Ötən ilin dekabrında isə Ali Məhkəmə şərti cəzayla bağlı qərarı ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. İndi işə yenidən baxılır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button