2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Yüzlərlə məmur tanıyıram ki, Mahmudov çetesi “vurulanda” qurban kəsdilər”

Icra başçısı MTN-nin oğurladığı iş adamını necə xilas edib?

Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı iş adamları ilə yanaşı, həm də vəzifəli şəxsləri şantaj etməsi, onlardan haqq yığması ilə bağlı hər gün yeni faktlar açıqlanmaqdadır. Bu dəfə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general Akif Çovdarovun iş adamlarını oğurlatması və Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə arasında yaşanan qalmaqaldan bəhs edilir.
Belə ki, iki il əvvəl Daşkəsən rayonunun Qabaqtəpə kəndində körpü tikintisi aparan iş adamı və onun mühasibi bankdan pul çıxararkən, MTN-nin maskalılarının hücumuna məruz qalıb. Küçənin ortasında oğurlanan həmin şəxslər başlarındakı  torbanı çıxararkən MTN-də Akif Çovdarovun kabinetində olduqlarını görüblər.
Əsl qalmaqal isə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin hadisədən xəbər tutmasından sonra başlayıb. Dərhal MTN-nə gələn icra başçısı  bu qurumun rəhbərliyini, özəlliklə Akif Çovdarovu bu qanunsuz əməllərinə görə təhqir edib. Generalla mübahisəyə girən Əhəd Abıyev ya tutulanların, azad edilməsini, ya da ölkə başçısına şikayət edəcəyini deyib. Akif Çovdarovun Əhəd Abıyevi həbslə hədələməsi isə qalmaqalın  böyüməsinə səbəb olub. Əsəblərini cilovlaya bilməyən icra başçısı generalı ağır sözlərlə təhqir edib.  MTN-də baş verən “razborka”nın səsi bütün nazirliyə yayılıb. Gecə saatlarında iş yerinə qayıdan nazir Eldar Mahmudov icra başçısını kabinetinə dəvət edib, onu sakitləşdirməyə çalışıb. Bundan sonra tutulanlar sərbəst buraxılıb.
 
Əhəd Abıyev həqiqətən belə bir olayın yaşandığını deyib: 
“Hələ Akif Çovdarov utanmaz-utanmaz mənə deyirdi ki, bir neçə ildir ki, icra başçısısan amma bir dəfə də olsun gəlib, bizi “görməmisən”. Çox həyasız adam idi. Mən ona ağzıma gələni dedim, İnsanların balası var, küçədən oğurlayıb, ona işgəncə vermişdilər. Hələ Eldar Mahmudov utanmaz-utanmaz mənə deyir ki, bura sənə Milli Məclis deyil. Dedim, sizin əməlləriniz insanı özündən çıxarır. Onu MTN-dən aparanda tanınmaz halda idi. Eldar Mahmudov və dəstəsi millətin bəlasına çevrilmişdi.  Mən yüzlərlə məmur tanıyıram ki, bunlar “vurulanda” qurban kəsdilər”.(Gununsesi.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button