2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zəlzələdə ölənlərin sayı 4 mini keçir

Türkiyə və Suriyada 7.8 bal gücündə zəlzələdən ölənlərin sayı 4 mini keçib. Rəsmilər ölü sayının artacağını deyirlər, çünki axtarış-xilasetmə işləri davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyədə zəlzələ qurbanlarının sayının 3 minə yaxınlaşdığı, Suriyada isə 1100 nəfərin öldüyü xəbər verilir.

Onminlərlə insan soyuq qış günlərində evsiz-eşiksiz qalıb.

Suriya Milli Zəlzələ Mərkəzinin başçısı Raed Ahmed deyib ki, 7.8 ballıq zəlzələ “mərkəzin tarixində qeydə alınan ən böyük zəlzələdir”.

Ukrayna, Rusiya, Birləşmiş Ştatlar, o cümlədən Azərbaycan zəlzələ bölgəsinə xilasedicilər, yardım göndəriblər.

Rusiya işğalına qarşı mübarizə aparan Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Kiyev Türkiyəyə böyük xilasedicilər dəstəsi göndərməyə hazırdır.

“Biz Türkiyə tərəfilə sıx işləyərək xilasedicilərin göndərilməsini koordinasiya edirik”, – Kuleba Twitter-də yazıb.

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər əl-Əsəd və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, hər iki ölkəyə xilasedici göndərmək vədi verib.

ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) isə artıq ölkəsinin baş verənlərə reaksiya verdiyini bildirib. Blinken Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğluna telefonla zəng edərək başsağlığı verib, deyib ki, Türkiyənin yalnız “telefonu götürərək” Birləşmiş Ştatlara kömək üçün nə etmək gərəkdiyini deməsi lazımdır.

Suriya hökuməti beynəlxalq ictimaiyyətdən kömək istəyib.

BMT-nin Baş katibi Antonio Quterreş bəyanatında deyib ki, BMT heyəti Türkiyə və Suriyada ehtiyacları dəyərləndirir və yardım göstərir.

Britaniya hökuməti Türkiyəyə 76 axtarış və xilasetmə mütəxəssisi yollayıb. Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə səhra hospitalı quracağını, axtarış və xilasetmə komandaları göndərəcəyini bildirib.

İspaniya və digər Avropa ölkələri də müxtəlif növ yarıdım göstərəcəklərini açıqlayıblar.

24 saat” “
Zəlzələdə ölənlərin sayı 4 mini keçir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button