2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zəlzələdən ölənlərin sayı 15 mini keçir. Ərdoğan seçkini uda bilərmi

7.8 bal gücündə zəlzələdən iki gün sonra Türkiyə və Suriyada ölənlərin sayı 15 mini keçib.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyədə fevralın 9-da açıqlanmış məlumata görə, zəlzələ 12 min 391 nəfərin həyatına son qoyub, 63 minə yaxın yaralı var. Məlumatı fəlakətlərin idarə olunması üzrə agentlik – AFAD açıqlayıb.

Fevralın 8-də fəlakət zonasına gedən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin gördüyü işlərdən danışıb, vətəndaşları “təmkinli olmağa” çağırıb. Müxalifətsə Ərdoğanın vəziyyət üçün “tam məsuliyyət” daşıdığını deyir.

Suriyada 12 ildir gedən vətəndaş müharibəsi ölkəyə yardım çatdırılmasını çətinləşdirir. Bu ölkədə azı 3 min 42 nəfərin öldüyü açıqlanıb.

“Frans Pres” agentliyi zəlzələnin may seçkilərinin Ərdoğan üçün çətin sınağa çevirəcəyini yazır.

Mayın 14-də ölkədə prezident və parlament seçkiləri keçirilməlidir. Agentlik yazır ki, 2003-cü ildə hakimiyyətə gəlmiş Ərdoğanın iqtisadiyyata qeyri-ənənəvi yanaşması nəticəsində inflyasiya şişib, istehlakçı indeksləri illik müqayisədə 85 faiz artıb. Bundan başqa qohumbazlıq, korrupsiya, ətraf mühit fəlakətlərinə hökumətin münasibəti Ərdoğanın tənqid olunduğu məsələlərdir.

Ərdoğansa bunları anlayaraq mübarizəyə başlayıb, zəlzələdən bir neçə saat sonra Ankarada mətbuat konfransı keçirib. O, Kahramanmaraşda ağlayan qadını qucaqlayır və sairə.

“Ərdoğan şübhəsiz ki, 1999-cu ildəki böyük zəlzələni, partiyasını 2002-ci ildə qələbəyə katapult etmiş fəlakəti xatırlayır, çünki o, daha yaxşı idarəçilik vəd edirdi.

Ovaxtkı baş nazir Bülent Ecevit isə 1999-cu il fəlakətinin idarə olunmasına görə sərt tənqidlə üzləşmişdi”, – agentlik yazır.

AFP-yə danışan ekspertlər deyiblər ki, Ərdoğan böhranı yaxşı idarə edərsə, mövqeyini möhkəmləndirə bilər. Ancaq iflası onu Ecevitin taleyi ilə üz-üzə qoyar.

“Fövqəladə vəziyyətə effektiv reaksiya AKP liderinin və partiyasının mövqeyini möhkəmləndirə, Ərdoğanın rəhbərliyi altında milli həmrəylik hissi yarada bilər”, – Londonda yerləşən Teneo siyasi risk konsultasiyası şirkətindən Volfanqo Pikkoli (Wolfango Piccoli) deyir.

“Ancaq zəlzələnin miqyasının böyüklüyü, 10 cənub vilayətinin ziyan görməsi hökumətə böyük problem yaradacaq”, – o, qeyd edir.

“Zəlzələdən sonrakı reaksiya uğurlu olmasa, Ərdoğan may seçkisini uduza bilər”, – Britaniyada yerləşən Xarici Siyasət Mərkəzinin tədqiqatçı əməkdaşı Emre Çalışkan söyləyib.

Bu arada Türkiyənin cənubunda hakimiyyətdən məyusluq artır. Ümidsiz ailələr hökuməti onların yaxınlarını dağıntılar altından çıxara bilmədiyinə görə tənqid atəşinə tuturlar.

Bəziləri ərzaq və sığınacağın gəlib çıxmasının 24 saatdan çox çəkdiyini deyirlər.

Zəlzələ vaxtı Türkiyədə olmuş, faciədə yaxınlarını itirmiş təhlilçi Gonul Tol deyir ki, ən çox ziyan görmüş əyalətlərdən olan Hatayda hissediləcək qəzəb var.

“Bu məyusluğun Ərdoğana təsir göstərməyəcəyini təsəvvür etmirəm. Qəzəbi yerində gördüm. Əminəm ki, ona təsir göstərəcək”, – ABŞ-da yerləşən Yaxın Şərq Institutunda Türkiyə proqramının direktoru Tol vurğulayır.

Tol 1999-cu ildə vətəndaş cəmiyyəti təşkilatlarının qurbanlara kömək üçün fasiləsiz işlədiyini yada salır.

Bu dəfə isə vətəndaş cəmiyyəti yaxşı durumda deyil, Ərdoğan 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra onların çoxunu sıradan çıxarıb.

Bu arada ənənəvi mediada Ərdoğanın tənqidinə demək olar rast gəlinmir. Xəbər kanalları dağılan evlərin pis konstruksiyasından çox az danışırlar. Uçan evlərin bəziləri altı ay, bir il əvvəl tikilibmiş.

24 saat” “
Zəlzələdən ölənlərin sayı 15 mini keçir. Ərdoğan seçkini uda bilərmi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button