Loading...
Loading...
Cəmiyyət

“Zəngilandan çıxanda körpə balalar aparmışdım, indi körpə nəvələr gətirmişəm…” – VİDEO

Xəbər verdiyimiz kimi, işğaldan azad olunan ərazilərə – Zəngilana ilk qayıdış baş tutub. Belə ki, ötən gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb.

Ağalıya qayıdış edən sakinlərdən biri də Rahilə Almuradovadır. 4 övlad anası olan Rahilə xanım deyir ki, buradan çıxanda 35 yaşı olub. Doğma yurdundan körpə övladları ilə ağlayaraq çıxan Almuradova indi gülə-gülə, böyük xoşbəxtlik hissi və nəvələri ilə birlikdə qayıtdığını bildirir.

“Qafqazinfo”nun əməkdaşları da bu xüsusi gündə həmin ailələrlə birgə olub, onların sevincini lentə alıblar. Həmin videoreportajı təqdim edirik:

Xeberler

Gözdən qaçırmayın:  Güclü istilər gəlir: Ən çox hansı orqanlarımıza diqqət etməliyik?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button