2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zəfər Günü münasibətilə Qərb bölgəsinin bir çox rayonlarında təntənəli tədbirlər keçirilib

Daşkəsən, Göygöl, Şəmkir, Ağstafa və Goranboyda Zəfər günü qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlər ölkənin hər yerində olduğu kimi, Daşkəsən, Göygöl, Şəmkir, Ağstafa və Goranboy rayonlarında keçirilib.

Daşkəsəndə incəsənət məktəbinin kollektivinin, tanınmış yerli və Gəncə şəhərindən dəvət olunmuş müğənnilərin, aşıqların iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram konsertində Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və məsul işçiləri, şəhid ailələri, qazilər, hərbiçilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bayram tədbirində vətənpərvərlik mövzusunda mahnılar və şagirdlərin ifasında şeirlər səsləndirilib.

Zəfər Günü Göygöl rayonunda da qeyd olunub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bir qrup şəxs Vətən müharibəsində qələbəyə verdiyi töhfəyə görə 8 Noyabr – Zəfər Günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Sonra Heydər Əliyev Mərkəzinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş rəsm və uşaqların əl işindən ibarət sərgiyə baxış keçirilib.

Zəfər Gününə həsr olunmuş konsert proqramı Şəmkirdə də baş tutub. Təntənəli tədbir rəsmi şəxslərin, ictimaiyyət nümayəndələrinin və rayon sakinlərinin marağına səbəb olub.

Tanınmış incəsənət xadimlərinin ifalarında mahnılar oxunub, bir-birindən gözəl rəqslər nümayiş edilib.

Zəfər Gününün üçüncü ildönümü münasibətilə Ağstafa rayonunda da təntənəli tədbir baş tutub. Şəhid ailələrinin üzvlərinin, qazilərin, rəsmi şəxslərin, ictimaiyyət nümayəndələrinin və bir çox sakinin iştirak etdiyi tədbirdə mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri rəngarəng proqramı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Goranboyda Zəfər Günü ilə bağlı tədbirdə rayon İcra Hakimiyyəti başçısı, rayonun digər rəhbər şəxsləri, idarə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin qarşısında rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin və tanınmış yerli müğənnilərin iştirakı ilə keçirilən bayram konserti maraqla izlənilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button