2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zaqatalada sel: “Həyətimiz, fındıq bağlarımız, evlərin zirzəmisi suyun altında qalıb”

Ötən gün Zaqatalanın kəndlərinə yağan güclü leysan Gürcüstan-Zaqatala-Yevlax magistral yolunun bağlanmasına səbəb olub.

Kənd sakinlərinin BBC News Azərbaycancaya göndərdiyi video və fotolardan görünür ki, leysan sularının kəndə axması nəticəsində sakinlərin həyətyanı sahələri və fındıq bağları  su altında qalıb.

Rayon rəsmilərinin BBC-yə verdiyi məlumata görə, fövqəladə vəziyyətlə bağlı yaranmış komissiya hazırda bir neçə kənddə vəziyyəti normallaşdıra bilib. Digər ərazilərdə isə işlər davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Zaqatalanın Zəyəm kəndinin adının açıqlanmasını istəməyən sakini M.S. BBC News Azərbaycancaya bildirib ki, hazırda həyətlərində hər şey su içindədir: “Bütün həyətimiz, fındıq bağlarımız, evlərin altının bir hissəsi suyun altında qalıb. Bilmirik çayın axını dəyişib, yoxsa, çayın ağzı bağlanıb, hələlik bunu araşdıran yoxdur. Yəqin ki, yağışın kəsməsini gözləyirlər”.

“Komissiya təşkil olunub” dedilər. Amma…

M.S. deyir bir həftə əvvəl Zəyəm kəndinə indikindən daha güclü sel gəlib. Həmin vaxt sakinlərə daha çox ziyan dəysə də, gəlib, maraqlanan olmayıb:

“Bir həftə əvvəl dedilər ki, komissiya təşkil olunub. Amma yağış kəsdikdən sonra gəlib, maraqlanan, bu suların haradan gəldiyini araşdıran olmadı”.

Muxax kənd sakini Həsən Orucov bildirir ki, yağış suları onun ev-eşiyinə ciddi ziyan vurub:

“5-6 toyuq cücəm tələf oldu. Təzə evlər tikmişəm, çardağımın altı bütövlüklə sudur. Amma məsələ odur ki, mənim evimin bu hala düşməsinin səbəbi qapı qonşumun 100 illik arxın ağzını bağlamasıdır. Hazırda qalmışam evdə, həyətə də düşə bilmirəm. Həyətimiz bütünlüklə suyun içindədir. Kəndin rəhbərliyini çağırmışam, baxıblar, “yoluna qoyacağıq” deyiblər. Amma bu məsələyə laqeyd yanaşırlar”.

Həsən Orucov deyir ki, evdən küçəyə çıxmaq imkanı olmadığı üçün kənddəki ümumi vəziyyətdən, yolların bağlı və ya açıq olmasından xəbərsizdir.

Muxax, yağış, sel

Rayonun Bəhmətli kənd icra nümayəndəsinin müavini Asəf Muradov BBC News Azərbaycancaya bildirib ki, güclü yağış suları əhaliyə heç bir ziyan vurmayıb:

 “Kəndə yağış yağır, yığılan da yağış sularıdır. Yağış davam edir, doğrudur, sular çoxalıb, amma heç bir fəsadı yoxdur. İnsanlara da hər hansı ziyan dəyməyib”.

Zəyəm kəndində fındıq bağları suyun içində

Zaqatala Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Tofiq Əhmədov BBC-yə deyib ki, güclü leysan nəticəsində çaylarda suyun səviyyəsi artıb, xüsusi ilə dağlardan süzülüb, gələn suyun həcmi həddin artıq çoxalıb:

“Dağlardan süzülüb gələn sular xüsusi ilə Muxax, Qımır, Çobankol, Mamrux, Gözbaraq kəndlərinə ciddi ziyan vurub. Sakinlərin əkin sahələri, fındıq bağları, həyatyanı torpaq sahələri su altında qalıb. Muxaxçayın daşması nəticəsində Gürcüstan-Zaqatala-Yevlax  magistral yolunun Lahıc kəndi ərazisindən keçən hissəsində hərəkət müvəqqəti olaraq dayanıb. Lakin aparılan təmizləmə işləri və polislər tərəfindən asayişin qorunması sayəsində  yolda hərəkət bərpa edilib. Gecə saat 3-4-dən etibarən həmin ərazidə komissiya işləyir. Biz özümüz, həmçinin, icra başçısı ərazidə olmuşuq. Gözbaraq, Mamrux, Lahıc kəndlərində vəziyyət tam sabitləşib. Dağlardan gələn su daha çox Muxax kəndindədir, burada da əməkdaşlar işləyirlər”.

Zaqatala, yağış, sel

Zərərçəkənlərə təzminat

Muxax kənd sakini Həsən Orucovun şikayətini araşdıracağını deyən icra başçısının müavini onu da söyləyib ki, dünən yağan leysan nəticəsində kəndlərə gələn su bu gün günortadan sonra  yuxarıdan aşağı istiqamətdə rayonboyu axaraq,  Dağlı, Muğanlı, Zəyəm kimi kəndlərə də  keçib:

“Hazırda kəndə və sakinlərə dəyən ziyanın qeydiyyatını aparırıq. Biz araşdırmanı edib, yuxarı instansiyalara göndəririk. Daha əvvəllər də bu kimi hallar qeydə alınıb. Biz onda da araşdırma aparaıb, müvafiq qurumlara hesabat vermişik. Deyə bilərəm ki, son illər ərzində bu, Zaqatalaya yağan ən gücülü yağışdır. Hazırda biz yenə siyahıyaalma işləri ilə məşğuluq. Amma hələlik bizə hansısa vətəndaşın əmlakına ziyan dəyməsi ilə baglı məlumat daxil olmayıb”.

Qurum rəhbəri bildirir ki, leysan nəticəsində zərər görmüş vətəndaşlara kampensasiya verilib-verilməyəcəyi qərarını müvafiq cavabdeh qurumlar qəbul edəcək.

24 saat” “Zaqatalada sel: “Həyətimiz, fındıq bağlarımız, evlərin zirzəmisi suyun altında qalıb”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button