2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zavodda yanğın: xəsarət alanlar var

Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş yanğın baş verib.

24saat.org Baş prokurorluğa istinadən xəbər verir ki, sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda yanğın baş verib. “Dərhal hadisə yerinə Müdafiə Sənayesi Nazirliyinin, şəhər polis şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları, həmçinin Nazirliyin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri və təxirəsalınmaz birgə tədbirlərin görülməsinə başlanılaraq yanğının genişlənməsinin qarşısı alınıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun istehsalat sahəsinə aid konteyner tipli sexində detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı yanğın baş verib, nəticədə zavodun işçiləri Xəlilov Vaqif Valeh oğlu və İsmayılov Sabit Əlisurət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button