Loading...
Loading...
Dünya

Zelenski bəzi məntəqələrin geri alındığını təsdiqləyir

Dünən BMT Təhlükəsizlik Şurası uşaqların Ukraynadan Rusiyaya aparılması iddiaları üzrə dinləmə keçirib

Prezident Volodimir Zelenski Ukrayna qoşunlarının ölkənin şimal-şərqindəki Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini geri aldığını bildirib.

“Bu həftə Xarkov vilayətindən yaxşı xəbərimiz var”, – deyən Zelenski işğaldan azad edilən yaşayış məntəqələrinin adlarını çəkmək üçün uyğun vaxt olmadığını da vurğulayıb.

Sentyabrın 7-dəki çıxışında Prezident döyüş tapşırıqları zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları sayəsində yenidən Ukrayna bayrağını yüksəldən hərbi hissələrə təşəkkür edib.

Son günlər Xarkov vilayətində Ukrayna hərbi qüvvələrinin irəliləyişi, əsgərlərin Balakliya şəhəri ətrafındakı geri alınmış kəndlərdə çəkilmiş video və fotoları sosial şəbəkələrdə yayılsa da, Ukrayna rəsmiləri xəbərlərin heç birini təsdiqləməyib.

Ukrayna həmçinin əks-hücum apardığı ölkənin cənubunda bir neçə kəndi geri aldığını iddia edib.

Zelenski çıxışında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Təhlükəsizlik Şurası, Rusiya Federasiya Şurası və Dövlət Dumasından 606 şəxsə sanksiya qəbul etdiyini də açıqlayıb.

“Onların hamısı bu müharibəyə, xalqımıza qarşı terrora görə cavabdehdirlər. Onların heç biri məsuliyyətdən qaça bilməyəcək, bu, sadəcə bir qədər zaman məsələsidir”, – Zelenski deyib.

Rusiyanın hakim partiyasının lideri isə bildirib ki, Ukraynanın işğal olunmuş bölgələrində yaşayan insanlar noyabrın 4-də Rusiyanın tərkibinə daxil olmaq istəyib-istəməmək barədə səs verəcəklər.

Prezident Vladimir Putinin “Vahid Rusiya” partiyasından Andrey Turçak deyib ki, səsvermənin Rusiyanın dövlət bayramı olan Milli Birlik günü keçirilməsi doğru və simvolik olacaq.

“Biz əminik ki, əhalinin 80 faizi referenduma gələcək”, – Xerson vilayətinə Moskvanın təyin etdiyi başçı müavini Kiril Stremusov TASS-a bildirib.

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinin rəsmiləri daha əvvəl referendumun sentyabrın 11-də Rusiyada yerli seçkilərlə eyni vaxtda keçirilə biləcəyini deyirdi.

Stremusov bu həftənin əvvəlində Ukraynanın cənubdakı əks-hücumuna görə bu planların təxirə salındığını söyləyib.

Sentyabrın 7-də isə TASS-a Turçakla “həmrəy” olduğunu və regionun noyabrın 4-də səsverməyə hazırlaşdığını bildirib.

Dünən BMT Təhlükəsizlik Şurası uşaqların Ukraynadan Rusiyaya aparılması iddialarını dinləyib.

BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris bu cür köçürmələrlə bağlı “əsaslı iddialar” olduğunu deyib:

“Rusiya hakimiyyətinin valideyn himayəsindən məhrum uşaqlara vətəndaşlıq verilməsi üçün sadələşdirilmiş proseduru qəbul etməsindən və bu uşaqların rus ailələri tərəfindən övladlığa götürülə biləcəyindən narahatıq”.

Brends Kehris qeyd edib ki, Rusiya qüvvələri işğal olunmuş ərazilərdə “filtrasiya” əməliyyatı vasitəsilə ukraynalıların siyasi baxışlarını, hökumət, yaxud orduyla əlaqələrini detallı dindirmələr daxil olmaqla, sistematik təhlükəsizlik yoxlamasından keçirir.

Gözdən qaçırmayın:  Ermənistan Türkiyə ilə münasibətlərdə Rusiyanın dəstəyinə ümid edir

Onun sözlərinə görə, bəzi ukraynalılar işgəncələrə məruz qalaraq Rusiyanın cəza koloniyalarına və digər saxlama mərkəzlərinə göndərilib.

“Biz xüsusilə narahatıq ki, qadınlar və qızlar “filtrasiya” prosedurları zamanı cinsi zorakılığa məruz qalma riski ilə üzləşər”, – o deyib.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

24 saat” “
Zelenski bəzi məntəqələrin geri alındığını təsdiqləyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button