2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zelenski Şoltsu ‘aydın mövqe’ tutmağa çağırıb

Zelenskinin bu bəyanatından əvvəl Olaf Şoltsun Ukraynada müharibə başlanandan bəri ilk dəfə olaraq Kiyevə səfər edəcəyinə dair söhbətlər yayılmışdı
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsu Ukrayna və Rusiya arasında müharibə barədə “daha aydın mövqe” tutmağa çağırıb.
Zelenski iyunun 13-də Almaniyanın ZDF telekanalına müsahibəsində deyib:
“Bizim ehtiyacımız var ki, kansler Şolts Almaniyanın Ukraynaya dəstək verməsinə əminlik yaratsın. Onun hökuməti qərara gəlməlidir: burada Ukrayna və Rusiya ilə münasibətlər arasında seçim alış-verişi ola bilməz”.
Zelenskinin bu bəyanatından əvvəl Olaf Şoltsun Ukraynada müharibə başlanandan bəri ilk dəfə olaraq Kiyevə səfər edəcəyinə dair söhbətlər yayılmışdı.
Şolts-Makron-Dragi üçlüyü
Focus internet jurnalı İtaliyanın La Stampa qəzetinə istinadən yazırdı ki, Şolts, habelə Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Dragi iyunun 16-da Kiyevə səfər edəcəklər.
Almaniyanın Bild am Sonntag qəzeti isə iyunun 12-də yazırdı ki, üçlüyün Ukraynaya Böyük yeddilərin G7 qrupunun iyunun sonunda keçiriləcək sammitindən əvvəl səfər edəcəyi gözlənilir.
Şolts iyunun 13-də bu xəbərlər barədə şərh verməkdən imtina edib. O bildirib ki, bu barədə sözçüsünün bir gün əvvəl verdiyi bəyanatda deyilir. Lakin onun sözçüsü xəbərləri şərh etməyib.
Bir neçə başqa Avropa liderləri, Almaniya müxalifətinin başçısı, Şoltsun öz hökumət nazirləri Ukraynaya Rusiya təcavüzü qarşısında dəstək ifadə etmək üçün Kiyevə səfərlər ediblər.
Lakin Şolts bildirir ki, o belə bir səfəri nə isə konkret bir bəyanatı olanda edəcək.

“Şolts qoy gəlib özü şəxsən elan eləsin”
Almaniya Rusiyanın hücumu başlanandan bəri Ukraynaya nəzərəçarpacaq maliyyə və hərbi dəstəyi versə də, Şolts hökuməti həm ölkədə, həm də xaricdə bu köməyi çatdırmaqda lənglik göstərdiyinə görə tənqid olunur.
Şolts bu kimi tənqidləri dəf edərək bildirir ki, Almaniyanın Ukraynaya verəcəyi haubitsa topları dünyanın ən təkmil silahlarından biridir, amma bu silahdan istifadə üçün Ukrayna hərbçilərinin əvvəlcə təlim alması lazımdır.
Kansler deyib ki, onlara belə bir təlim artıq keçilir.
Lakin Zelenski müsahibəsində bildirib ki, Almaniyadan silahlar daha tez çatdırıla bilərdi:
“Düzünü desək Almaniya silahla təchizat məsələsində prosesə bizim bəzi qonşularımızdan daha sonra qoşulub. Bu bir faktdır”.
Ukrayna prezidenti əlavə edib ki, o kanslerin Ukraynaya məhz müharibə vaxtı gəlib dəstək ifadə etməsini istəyir.
Zelenskinin sözlərinə görə Almaniya həm Ukraynanın Avropa İttifaqına üzvlüyünü, həm də Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləməlidir.
O Şoltsu bu dəstəyi Ukraynaya gəlib şəxsən bəyan etməyə çağırıb.
O Şoltsu bu dəstəyi Ukraynaya gəlib şəxsən bəyan etməyə çağırıb.

Almaniya kansleri Olaf Şolts

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “
Zelenski Şoltsu ‘aydın mövqe’ tutmağa çağırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button