Loading...
Loading...
Dünya

Zelenski: Ukrayna Rusiyanın eskalasiyasına ‘hazırdır’

Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı Bryansk regionuna S-300V4 zenit-raket diviziyası yerləşdirdiyi bildirilir

Prezident Volodimir Zelenski Ukraynanın şərqində Rusiyanın hücumlarının intensivləşəcəyini proqnozlaşdırır. Bu həftə Aİ liderlərinin Kiyevin bloka qoşulmasını sürətləndirməsi yönündə qərarı gözlənir.

İyunun 19-da gecə videoçıxışında Zelenski deyib ki, “aydındır ki, bu həftə Rusiyanın düşmən hərəkətlərinin intensivləşməsini gözləməliyik”.

“Biz hazırlaşırıq. Biz hazırıq”,Zelenski ölkəsinin müdafiə qüvvələri haqda deyib.

Bu həftə qərar gözlənir

Rusiya fevralın 24-də işğala başlayandan bir neçə gün sonra Ukrayna Aİ üzvlüyü üçün müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da oxşar addım atıb. Avropa Komissiyası ötən həftə Ukrayna və Moldova üçün namizəd statusunu tövsiyə edib. Qurum bildirib ki, Gürcüstan namizəd olmaqdan ötrü müəyyən hədəfləri əldə etməlidir.

Aİ-nin 27 üzvünün liderləri iyunun 23-24-də sammit zamanı bu üç ölkənin müraciətinə baxacağı, Ukraynanın müraciətini dəstəkləyəcəyi gözlənir.

İstənilən üzvlük prosesi bir neçə ilə tamamlanır.

Raket və artilleriya atəşi

İyunun 20-də səhər tezdən Rusiya qüvvələri Severodonetsk yaxınlığında bir neçə şəhəri raket və artilleriya atəşinə tutublar. Su-25 təyyarələrinin Liman istiqamətində, Şevçenko və Vuqledar şəhərlərinə zərbələr endirdiyi bildirilir. Məlumatı Ukrayna Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya tərəf Ukrayna sərhədi yaxınlığındakı Bryansk regionuna S-300V4 zenit-raket diviziyası yerləşdirib.

Ukrayna ordusu Severodonetsk şəhərinə tam nəzarətin bərqərar olması uğrunda döyüşlərin davam etdiyini bildirir.

Məlumatda deyilir ki, Rusiya əsgərləri Ukrayna bölmələrinin bir neçə yerdə, o cümlədən Liman, Avdiivka və Zaporojyedə yenidən qruplaşmasına mane olmağa çalışır.

Müharibə “illərlə” çəkə bilər

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı keçmiş sovet qonşusunun Qərbə inteqrasiyasını önləmək üçün işğal edib. Amma əməliyyatlar Kremlin planlaşdırdığından daha ləng gedib.

Putin iyunun 17-də deyib ki, Ukraynanın Aİ üzvlüyünə “qarşı deyil”. Ancaq Kremlin sözçüsü bildirmişdi ki, Moskva Aİ üzvləri arasında müdafiə sahəsində əməkdaşlıq fonunda bu prosesi diqqətlə izləyir.

NATO-nun Baş katibi Yens Stoltenberq isə həftəsonu bildirib ki, Ukrayna müharibəsi “illərlə” davam edə bilər və hətta “bədəlin böyük olmasına” baxmayaraq, alyans Kiyevə hərbi dəstək verməlidir.

“Müharibənin illərlə çəkməsinə hazırlaşmalıyıq. Ukraynaya dəstəyi dayandırmamalıyıq. Xərclərin böyük olmasına, təkcə hərbi dəstək deyil, enerji və ərzağın bahalanmasına baxmayaraq”, – Stoltenberq Almaniyanın “Bild am Sonntag” qəzetinin iyunun 19-da dərc etdiyi müsahibədə deyir.

24 saat” “
Zelenski: Ukrayna Rusiyanın eskalasiyasına ‘hazırdır’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Makronun partiyası parlamentdə mütləq çoxluğu itirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button