2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Zelenski: ‘Ukraynalılar sadəlövh deyillər’

Ukrayna ordusu isə xəbərdarlıq edib ki, Rusiya ayrı-ayrı bölmələrini rotasiya etmək məqsədi güdə bilər

Saytların yığılması Saytlarin yigilmasi

Qərb Moskvanın Ukraynada hərbi əməliyyatları könüllü azaltmaqla bağlı bəyanatına şübhəylə yanaşır. Prezident Volodimir Zelenski isə ukraynalıların “sadəlövh” olmadığını deyir. Bu arada Mariupol və digər yerlərdə döyüşlərin davam etməsi xəbərləri gəlir.

Britaniya hərbi kəşfiyyatının martın 30-da yaydığı məlumata görə, döyüşdə ağır iki vermiş Rusiya kontingentləri yenidən təşkilatlanmaq və təchizat əldə etmək üçün ölkələrinə və qonşu Belarusa qayıtmağa məcbur olublar.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, Rusiya quruda azaltdığı manevrləri kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya edəcək.

Təkliflər

Bir gün öncə Rusiya və Ukraynanın nümayəndə heyətləri İstanbulda bir araya gəliblər və danışıqlarda irəliləyiş əldə olunduğu bildirilib.

Danışıqlardan sonra Rusiya Kiyev və Çerniqov şəhərləri ətrafında hərbi aktivliyini kəskin azaltmaq qərarı verdiyini açıqlayıb.

Ukrayna isə təklif edib ki, kənardan təhlükəsizlik qarantiyaları olduqca və Rusiya onun Avropa İttifaqına qoşulmasına əngəl olmadıqca hərbi alyanslara qoşulmasın, ərazisində xarici qüvvələr yerləşdirməsin.

Ukraynanın danışıqlarda təmsilçisi Mixaylo Podolyak Twitter-də yazıb ki, ölkənin şərq regionlarının taleyi iki ölkə liderləri tərəfindən müzakirə olunacaq, hər hansı sülh razılaşması Ukraynada referendum çıxarılacaq.

Sülh razılaşmasına “uzun yol”

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək şərqdəki Donbas regionunda separatçıları dəstəkləməyə başlayıb.

Rusiyanın danışıqlarda əsas təmsilçisi Vladimir Medinski isə təkliflərin öyrəniləcəyini, Prezident Vladimir Putinə təqdim olunacağını söyləyib.

Sülh razılaşmasının hazırlanması üçün “uzun yol getməliyik”, – Medinski TASS-a deyib.

Zelenski Rusiyanın vədlərinə ehtiyatlı yanaşıb. “Ukraynalılar sadəlövh adamlar deyillər”, – o, martın 29-da gecə söyləyib.

“Ukraynalılar bu 34 günlük işğal və son səkkiz ildə Donbas müharibəsindən öyrəndilər ki, yalnız konkret nəticəyə inana bilərlər”, – prezident bildirib.

Xəbərdarlıq

Ukrayna ordusu isə xəbərdarlıq edib ki, Rusiya ayrı-ayrı bölmələrini rotasiya etmək məqsədi güdə bilər.

“Rusiya qüvvələrinin yenidən qruplaşaraq diqqəti Ukraynanın şərqinə cəmləmələrinin əlaməti görünür”, – Baş Qərargah martın 29-da bəyan edib.

Rusiyalılar Kiyevi mühasirəyə almamaq görüntüsü yaratmaqla Ukrayna hərbi rəhbərliyini aldatmağa çalışırlar, qurum bildirir.

Britaniya və ABŞ liderləri də Rusiyanın hərəkətlərinə skeptik yanaşıblar.

Bu arada cənubdakı Mariupol liman şəhərində minlərlə dinc sakin Rusiya qüvvələri tərəfindən daimi atəşə tutulmaqdadır. BMT-nin Ukraynadakı insan haqları missiyasının başçısı “Reuters”ə deyib ki, şəhərin bombalanması başlanandan minlərlə dinc sakinin həlak olduğu güman edilir.

24 saat” “
Zelenski: ‘Ukraynalılar sadəlövh deyillər’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button