2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ziya Məmmədovun qardaşı oğlu: “Bizim üçün pul ikinci dərəcəlidir”

Sabiq nazir Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədov R. Heybətovu bağışladığını deyib. Onun sözlərinə görə, R. Heybətov dəymiş ziyanı qismən ödədiyi üçün hər hansı şikayəti yoxdur: “Bizim üçün əsas dostluqdur, pul ikinci dərəcəlidir. Bəzi insanların pisliyi olmasaydı, vəziyyət bu həddə çatmazdı”.

R. Heybətovun vəkili çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Buna görə proses mayın 8-də davam etdiriləcək.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Rövşən Heybətov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button