24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Zorakılığa qarşı müqavimət üzrə vətəndaş dialoqu keçirilib

Bakı/03.12.21  Azərbaycanın vətəndaş sektorunun nümayəndələri – hüquqşünaslar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri ölkədə insan hüquqlarının müdafiəsi probleminə həsr olunmuş zum-konfrans keçiriblər.

Konfransın diqqət mərkəzində həbsdə aclıq aksiyası elan edən vətəndaş Saleh Rüstəmlinin və dekabrın 1-də polis tərəfindən ölümcül döyülən siyasətçi Tofiq Yaqublunun vəziyyəti olub.

Konfrans iştirakçıları ölkədə avtoritarizmin güclənməsinin və hüquq-mühafizə orqanları tərəfindən ictimai xadimlərə və ümumilikdə vətəndaşlara qarşı zorakılığın əleyhinə   müqavimətin təşkili yollarını, hüquq-asayiş orqanlarının  cəmiyyəti sıxışdıran repressiv strukturlara çevrilməsini müzakirə ediblər.

Ümumilikdə, virtual görüşün bütün iştirakçıları vahid təşəbbüs çərçivəsində səylərin konsolidasiyası ideyasına meylli olublar. Bu, insan hüquqlarının pozulmasını araşdıran, yerli və beynəlxalq ictimaiyyət üçün hesabat hazırlayan daimi qurum ola bilər.

Belə işdə əsas məqsəd hakimiyyəti insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xalq qarşısında öz konstitusiya vəzifələrini yerinə yetirməyə dəvət etməkdir.

Konfransın təşkilatçısı Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov pozuntuları araşdıran və qeydə alan hüquqşünaslar qrupunun yaradılmasını təklif edib. Həmçinin insan azadlıq və hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması məqsədilə beynəlxalq qurumlarla işlərin gücləndirilməsi təklif edilib.0—

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button