Muxtar Babayev üçün böyük ayıb: Şəhid ailəsindən pul alan əməkdaşı həbs edildi
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 26 saylı dolayının gözətçisi Şahmar Ağayev şəhid ailəsindən pul aldığı yerdə saxlanılıb.
Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, bu gün meşə gözətçisi meşə zolağında olan ot sahəsini şəhid ailəsinə satmaq istəyib.
Hüquq-mühafizə orqanları şikayət əsasında operativ əməliyyat keçirirək meşə gözətçisini pul alan yerdə saxlayıb.
Qeyd edək ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində min hektarlarla sahə ot mövsumündə ayrı-ayrı şəxslərə satılır. Satılan sahələrdən yığılan pulların əsas hissəsinin Ekologiya və Təbii Sərvətlər Naizrliyinin yüksək vəzifəli şəxslərə çatdırıldığı şübhə doğurmur.
Hadisəni diqqətdə saxlayacağıq. Rəsmi qurumlardan münasibət öyrənməyə çalışacağıq.
Cumhuriyyet.net