Xəbərlər

Ədliyyə Nazirliyinin nümayəndələri Polad Aslanova tibbi yardım və Əfqan Sadıqovun müalicəsinin davam etdiriləcəyini vəd ediblər

Loading...

Bakı/27.10.21 “Həbsxana hakimiyyəti həbsxanadakı ədalətsizliklərdən danışmaması üçün və siyasi məhbus Niyaməddin Əhmədova dəstək göstərməsinə görə qisas kimi həbsdə olan jurnalist Polad Aslanova yenə təzyiq göstərir”.

Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin oktyabrın 26-da Twitter səhifəsində jurnalistin həyat yoldaşına istinadla dərc etdiyi məlumatda deyilir.

JMK qeyd edir ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları Aslanovu təcrid etməyə çalışır, onunla ünsiyyət quran kamera yoldaşlarına fiziki təzyiq göstərir və onları təkadamlıq kameralara salırlar.

Jurnalistin həyat yoldaşının sözlərinə görə, hakimiyyət səbəbini izah etmədən hökmdən verilmiş şikayətə Ali Məhkəmədə baxılmasını təxirə salmağa davam edir.

Jurnalistin həyat yoldaşı həmçinin qeyd edib ki, həbsxana hakimiyyəti xəstəliklər zamanı, o cümlədən ürək və böyrək xəstəliklərindən, o cümlədən ciddi stomatoloji problemlərdən şikayət zamanı zəruri tibbi yardımı təmin etməyib, deyə JMK qeyd edir.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanova Turan-ın müxbiri ilə söhbətində bildirib ki, JMK-nin bəyanatı onun bir müddət əvvəl verdiyi məlumata əsaslanır.

Onun sözlərinə görə, hazırda həyat yoldaşına qarşı təzyiqə son qoyulub.

Bundan başqa, oktyabrın 25-də o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov tərəfindən, ayın 26-da isə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov tərəfindən qəbul edilib.

Aslanova bildirib ki, ona yaxın günlərdə həyat yoldaşının exokardioqrafiyası, daxili orqanların US müayinəsi aparılacaq, təhlil üçün qan nümunəsi götürüləcək və diş müayinəsi həyata keçiriləcək.

Aslanovanın sözlərinə görə, ona bildirilib ki, zərurət olduqda ailənin cəlb etdiyi həkim-stomatoloq jurnalistin yanına buraxıla bilər.

Bununla belə, o qeyd edib ki, həyat yoldaşının kassasiya şikayətinə baxılmasının uzadılmasının səbəbləri barədə məlumata malik deyil, baxmayaraq ki, Apellyasiya Məhkəməsinin qərarından 9 ay keçir.

Aslanova ilə birlikdə qeyd edilən şəxslər digər həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanı da qəbul ediblər.

“Bir neçə ay davam edən aclıqdan sonra Əfqanın səhhəti düzəlir. Amma mənə deyiblər ki, o, hələ 4 ay müalicə almalıdır (Penitensiar Xidmətin hospitalında)”, deyə S.Sadıqova bildirib.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq mühafizə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu dərhal azad etməyə çağırıblar. 

** Azel.TV-nin rəhbəri Əfqan Sadıqov ötən ilin mayında hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 2020-ci il noyabrın 3-də məhkəmə onu yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, hökmü ədalətsiz hesab edərək, noyabrın 4-dən etibarən etiraz əlaməti olaraq aclıq edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi cəza müddətini 6 il azadlıqdan məhrumetməyə qədər azaldıb. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

İyulun 2-də Azərbaycan Ali Məhkəməsi Əfqan Sadıqovun kassasiya şikayətini qismən təmin edib. Məhkəmə onun cəza müddətini 6 ildən 4 ilə endirib. Bundan sonra ailə üzvlərinin israrı ilə o, aclıq aksiyasını dayandırıb. -06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button