Loading...
Loading...
Xəbərlər

Əli Həsənovun böyük aktivi – Beynəlxalq Mətbuat Mərkəzi əlindən getdi

Bakı/28.12.21 Yeni il ərəfəsində dövlət başçısının ideologiya məsələləri üzrə keçmiş köməkçisi Əli Həsənov layiq olduğu növbəti zərbəni alıb.

Ağır Cİnayətlər Məhkəməsi onun böyük aktivini – Mətbuat prospektində yerləşən, dəyəri 36 milyon manat olaraq qiymətləndirilən Beynəlxalq Mətbuat Mərkəzini müsadirə edib.

Bu altımərtəbəli binada BMM-dən başqa, “Kaspi” qəzetinin, Novosti-Azerbaydjan saytının redaksiyaları, “Araz” FM radiosu, “RİA Novosti” Agentliyinin Azərbaycan şöbəsi, Jurnalistlərin Həmkarlar İttifaqı, habelə bir sıra QHT-lər yerləşirdi.

Bütün bu qurumlar Əli Həsənovun nəzarəti altında idi və 2019-cu il noyabrın 29-da o, vəzifədən azad edilənə qədər onun tərəfindən, bilinməyən mənbələrdən maliyyələşdirilirdi.

Xatırladaq ki, dövlət başçısının vəzifədən azad edilən keçmiş köməkçisi bir müddət əvvəl “Xəzər” telekanalını itirmişdi. -02B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button