24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Əliyev Zelenskinin dəvətilə Kiyevə gedir

Bakı/14.01.21 Bu gün Azərbaycan prezidenti İlham Əliyev Kiyevə işgüzar səfərə gedir.

Əliyev Kiyevə prezident Vladimir Zelenskinin dəvətilə gedib. Dəvət dekabrda Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində görüş zamanı edilib.

İcmalçılar qeyd edirlər ki, Əliyevin səfəri müstəqilliyin ilk günlərindən iki ölkə arasında yaranmış müttəfiqlik münasibətlərini möhkəmləndirəcək.

Görüşün diqqət mərkəzində Ukrayna ətrafında böhranın olacaq ki, bu da Moskva və Kiyev arasında gərginliyin yeni dalğasından qaynaqlanır.

Elə həmin vaxt Brüsseldə Zelenski Əliyevə fevralda Kiyevdə Türkiyə prezidenti Ərdoğanın iştirakı ilə sammit keçirməyi təklif edib.

Ukraynanın liga.net nəşrinin məlumatına görə, Brüsseldə Zelenski Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Əliyevə təşəkkür edib və qanunsuz saxlanılan şəxslərin azad edilməsi prosesinə qoşulmaq xahişilə müraciət edib.

“Rusiyada qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə, Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir. Bu məsələnin irəliləməsində mümkün köməyə görə sizə minnətdar olaram”, –Zelenski deyib.

O, ölkələr arasında ikitərəfli əməkdaşlığın aktivləşdiyini qeyd edib və xatırladıb ki, 2022-ci ilin fevralında Ukraynanın AzərbaycanTürkiyə ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunacaq. Bunu nəzərə alaraq, prezident fevralda Kiyevdə üç dövlət liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib.

Həmçinin Zelenski ölkələr arasında nəqliyyat-logistika potensialına, əsasən dəmir yolu və dəniz nəqliyyatından istifadə olunmaqla Avropa-Qafqaz- Asiya marşrutu üzrə yüklərin tranzitinin aktivləşdirilməsinin vacibliyinə diqqəti yönəldib.

29 noyabr 2021-ci ildə Ərdoğan Ukrayna sərhədləri yaxınlığında Rusiya qoşunlarının fəallığı fonunda Ukrayna və Rusiya arasında öz vasitəçiliyini təklif edib. Rusiya imtina edib.—0

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button