“Əmək pensiyası haqqında” qanun dəyişdiriləcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçiriləcək iclasında Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunacaq.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, sözügedən layihə öncə yanvarın 31-də bununla bağlı yaradılan İşçi Qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq:
“Bu qanun layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Qanun layihəsi ötən il cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olub”.