24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya

Bakı/03.12.21 Bu gün 50-yə yaxın adam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında aksiya keçirib. Onlar əlilliyə görə pensiyadan məhrum edilmələrinə etiraz ediblər və işlə təmin olunmalarını tələb ediblər.

“Ya mənim əlillik pensiyamı bərpa etsinlər, ya da işlə təmin etsinlər. Artıq 11 aydır ki, məni pensiyadan məhrum ediblər. Necə yaşamaq olar?”- aksiya iştirakçılarından biri deyib.

Digər etirazçı deyib ki,  uşağı doğuşdan əlildir, ancaq 18 yaşına çatdıqdan sonra onu pensiyadan məhrum ediblər.

Etirazçılar hakimiyyətin siyasətini tənqid edərək “ədalətli idarəetmə sisteminin olmadığını”, “vətəndaşların hüquqlarının pozulduğunu” və “özbaşınalığın olduğunu” bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etirazçıların nümayəndələrini qəbul etsələr də, onlar görüşün nəticələrindən narazı qalıblar, belə ki, problemlərin həllilə bağlı onlara zəmanət veriblər.—06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button