2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ətrəngli dar şalvara görə müğənninin ifasına yasaq qoyulub

Özbəkistanda pop müğənnisi Şahrizoda Ahmedova (Kaniza) ifa lisenziyasını bərpa etməyə çalışır. Ölkənin musiqi industriyasını tənzimləyən orqan “əxlaqsız” geyiminə görə onun ifasına qadağa qoyublar.

Saytların yığılması Saytlarin yigilmasi

“Panelin bütün üzvləri Ahmedovanın lisenziyasının ləğvinə səs veriblər. Ona ciddi xəbərdarlıq olunub, bir ay ərzində dəyişiklik edə bilsə, lisenziya üçün yenidən müraciət edə bilər”, – Mədəniyyət nazirinin müavini Bahodir Ahmedov fevralın 24-də Özbəkistan mediasına deyib.

Ahmedov xəbərdarlıq edib ki, “əgər o səhvlərini düzəltməsə, daha ciddi tədbirlər görülə bilər”. Onun sözlərinə görə, Kanizaya (özbəkcə “nökər, kəniz” deməkdir) bir aylıq qadağa digər ifaçılara da örnək olmalıdır.

Sözügedən geyimə gəlincə, Kaniza bu yaxınlarda bir toy mərasimində ətrəngli dar şalvarın üstündən uzun ağ köynək, qara dəri gödəkcə və dizə qədər uzunboğaz çəkmə geyinərək çıxış edib.

Bəzi sosial media istifadəçiləri müğənnini səhnəyə “şalvarsız” çıxmaqda ittiham edib. Video YouTube və digər saytlarda yayılıb.

37-yaşlı Kaniza isə yanlış addım atmadığını deyib. Müğənninin Mədəniyyət Nazirliyi, eləcə də Uzbekkonsert tənzimləyici qurum rəsmilərini öz mövqelərindən sui-istifadədə suçladığı bildirilir.

Onun sözlərinə görə, hakim orqanlar bunun əvəzində minlərlə tamaşaçı qarşısında “nalayiq sözlər işlədən”, yaxud “açıq-saçıq geyinən” ifaçıları hədəfə almalıdır.

Müğənninin iddiasına görə, musiqi industriyası rəsmiləri əlaqələri və pulu olan ifaçılara isti yanaşırlar.

“Hamının bu xüsusi münasibətdən xəbəri var… amma heç kəs bu haqda danışmır”, – o deyib.

Kaniza qeyd edib ki, hakimiyyətin icazəsiylə “kəndlərdə və tozlu pambıq tarlaları”nda pulsuz oxuyub, ancaq Mədəniyyət Nazirliyi və Uzbekkonsert onun işini qiymətləndirməyib.

Onun iddiasına görə, rəsmilər ona pulsuz olduğu deyilən konsertlərdə oxumaq göstərişi verib, əslində isə “adamlar konsertə pulla baxıb və pul müəyyən şəxslərin ciblərinə gedib”.

İfaçı Mədəniyyət naziri Ozodbek Nazarbekov və Uzbekkonsert-in başçısı ilə üzbəüz görüşmək, “onlara həqiqəti demək, onların də fikrini eşitmək” istədiyini söyləyib.

Kaniza rəsmilərin ofislərinə öz vəkili və müstəqil jurnalistlərlə gedəcəyini, onlarla görüşənədək orada qalacağını vurğulayıb.

Sosial mediada onu tənqid edənləri pisləyən ifaçı qeyd edib ki, 30 milyondan çox əhalisi olan ölkədə diqqət ayırmağa “mənim şalvarımdan” daha vacib məsələlər var.

Əsasən müsəlman ölkəsi olan Özbəkistan hakimiyyəti vaxtaşırı müğənnilərin geyim seçiminə, videolardakı davranışı, rəsmilərin yersiz saydığı lirikaya görə hədəfə alır.

Uzbekkonsert-in 2018-ci ildə açıqladığı qaydalara görə, müğənnilər tatularını göstərməməli, qısa geyinməməli, “yersiz” rəqs hərəkətləri etməməlidirlər.

Eyni zamanda kliplərdə bahalı avtomobillər, imarətlərin “göstərilməsi” yasaqlanıb.

2016-cı ildə pop müğənnisi Aziza Niyazmatova qolsuz paltarda fotosunu yayandan sonra senzuraya məruz qalıb. Hakim orqanlar Niyazmatovanın “abırsız” geyim seçiminin “izləyicilərin milli mentalitet, dəyərlər və mədəniyyət hisslərini təhqir etməsi, sayqısızlıq göstərməsi”ni araşdırdığını bildirib.

2015-ci ildə isə qadın müğənni Lola Yoldaşeva konsertdə qıçlarının görünməsinə görə rəsmi xəbərdarlıq alıb.

“Million” adlı komediya truppasının lisenziyası 2014-cü ildə qeyri-müəyyən vaxta ləğv olunub. Səbəb kimi onun zarafatlarının “qeyri-münasib”, “seksual təbiətli” olması göstərilib.

24 saat” “
Ətrəngli dar şalvara görə müğənninin ifasına yasaq qoyulub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button