2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Əflatun Amaşov informasiya məsələləri üzrə Ombudsmanı əməli iş görməyə çağırdı

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2016-cı il üçün təqdim etdiyi hesabata münasibət bildirib.

Publika.az xəbər verir ki, Ə.Ammaşov jurnalistlərə açıqlamasında sözügedən hesabatın qənaətbəxş olduğunu söyləyib:

“Göründüyü kimi, hesabatda Ombudsman üzərinə düşən bütün sahələrdə fəaliyyət göstərib. İnsan hüquqları üzrə müvəkkilin fikir və söz azadlığı, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin xeyli hissəsində Mətbuat Şurası da yaxından iştirak edib. Ombudsman ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində qurub, buna görə də hesabatı qəbul etmək olar. Amma bununla bağlı bəzi qeydlərim var. Məlumdur ki, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda İnformasiya məsələləri üzrə Ombudsman təsissatının yaradılması nəzərədə tutulub. Onun Milli Məclisdə 3 namizəd arasında seçilməsi, hər cari ildə ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi vurğulanır. Hesabtda isə il ərzində görüşmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər halllara dair məlumatlar, habelə Ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi”.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Amaşov qeyd edib ki, dəyişiklikdən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib:

“Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyət ümumən demokatik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki, məsələyə həssas yanaşılsın”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button