2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əfqan Muxtarlının harada olduğu bilinmir

«İki ildir ki, Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlıdan mayın 29-u axşamdan xəbər yoxdur».

Bunu Tbilisidə yaşayan, Azərbaycandan getmiş siyasi fəal Daşqın Ağalarlı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun dediyinə görə, həmin vaxta kimi E.Muxtarlı ilə birlikdə olub.

«Axşamüstü saat 19 radələrinə kimi bir yerdə idik. Sonra sağollaşıb ayrıldıq. Çörək alıb evə gedəcəkdi. Ancaq evə getməyib. Həyat yoldaşı da dostları ilə birlikdə olduğunu düşündüyündən narahat olmayıb. Səhər narahat olduq», – deyən D.Ağalarlı üz tutduqları, əlaqə saxladıqları kimsədən Ə.Muxtarlı barəsində xəbər ala bilmədiklərini söyləyib.

***Buna da bax-Gözəl Bayramlı 3 ay müddətinə həbs edilib

D.Ağalarlı Ə.Muxtarlının həyatından narahat olduğunu ifadə edib.

«Biz xüsusilə son iki həftədə çox sıx təqib altındayıq. Bizi çox yaxından izləyirdilər. Əfqan Muxtarlının son günlərdə bununla bağlı həyəcanlı açıqlamaları da olmuşdu. Eyni zamanda, müxtəlif mənbələrdən bizə ehtiyatlı olmağı da tövsiyə etmişdilər», – D.Ağalarlı bildirib.

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva isə artıq səhər saatlarında ərizə ilə ərazi üzrə polisə müraciət etdiklərini bildirib. Ancaq hələlik polisdən hər hansı xoş xəbər almadıqlarını vurğulayıb.

***Buna da bax-‘Gürcüstan daha azərbaycanlı dissidentlərə qucaq açmır’

Həyat yoldaşının deməsinə görə, dünən, mayın 29-u saat 19 radələrindən etibarən Ə.Muxtarlının telefonuna zəng çatmır.

Hazırda Gürcüstan İnsan Haqları Evi də Ə.Muxtarlının durumu ilə bağlı araşdırmalara başlayıb. Bu haqda təşkilatdan bildiriblər.

Qurumun məlumatında bildirilir ki, günün sonunadək məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı hökumətə yönəlik tənqidi fikirləri ilə tanınır. O, uzun müddət Müsavat Partiyasının üzvü olub.

O, peşə fəaliyyətinə görə də basqılara məruz qaldığını bildirib. İki ildən artıqdır ki, Azərbaycanı tərk edərək Gürcüstana sığınıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button