Bizim tərcümə

Əfqanıstanda soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-25 21:58:27

class=”medianet-inline-adv”>

Əfqanıstanda təsirini davam etdirən soyuq hava dalğasında can itkisi artır. Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi son 15 ilin ən soyuq qış fəslinin yaşandığı ölkədə havaların şaxtalı olması səbəbindən həyatını itirənlərin sayının 157-yə yüksəldiyini açıqlayıb. Rəhimi həmçinin bildirib ki, ölkə üzrə təxminən 70.000 kənd təsərrüfatı heyvanı donaraq ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

Xeyriyyə təşkilatlarına görə, ölkənin 38 milyon əhalisinin yarısından çoxu aclıqla üzləşir və 4 milyona yaxın uşaq qida çatışmazlığından əziyyət çəkir.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (UNOCHA) bazar günü təxminən 565,700 nəfərə ədyal, istilik və sığınacaq kimi yardımların çatdırıldığını, lakin daha çox ehtiyac bulunduğunu açıqladı.
Ölkənin müxtəlif bölgələrində havanın temperaturu mənfi 33 dərəcəyə enir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button