2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əfqanıstanlılar Bakıda etiraz etdilər

Bu gün, avqustun 23-də Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlardan bir qrupu aksiya keçirməyə cəhd edib. Onlar bu ayın ortalarında Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsindən öncəki vaxtlarda qaçqın düşən insanlar olub.



Aksiya iştirakçıları tələb ediblər ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi onlara daha çox diqqət yetirsin. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas gətirərək ona mane olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis iştirakçılarla izahedici söhbət aparıb, bundan sonra onlar ərazidən çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanlarından münasibət almaq mümkün olmayıb.

“Turan” agentliyinin xəbərinə görə, bundan öncə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ölkə ərazisində Əfqanıstandan 1 min 226 qaçqının olduğunu bildirib. Azərbaycanda yaşayan xarici vətəndaşlardan olan qaçqınların arasında ən çox Əfqanıstandan gələnlərin olduğu da qeyd edilir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button