2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əhəd Əbiyevdən şikayətə gəldilər

Bu gün, mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Bakıda Prezident Administrasiyası qarşısına toplaşıblar.

Onlar şikayətləniblər ki, kənddə asfalt və qaz yoxdur, şəxsi hesaba əvvəl çəkilən su boruları kəsilib aparılıb. Şikayətçilərin iddiasına görə, məqsəd gəncləri kənddən getmək və torpaqları satmaq məcburiyyəti qarşısında qoymaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçıları habelə deyiblər ki, kəndin satılan əraziləri qaytarılmalıdır ki, onların mal-qaralarını otarmağa yerləri olsun.

Başqa bir şikayətçi isə deyib ki, Xoşbulaqda təhsil üçün də imkanlar yetərli deyil. Etiraz edənlərdən biri isə iddia edib ki, icra başçısı Əhəd Əbiyev Xoşbulaq kəndin sakinlərinə yaşamaq imkanı vermir

İcra hakimiyyətindən cavab

Daşkəsən rayon İcra Hakimiyyətindən isə “Turan”a deyiblər ki, məsələyə aid rəsmi cavabı elektron poçtla göndərəcəklər.

Agentliyə sonradan göndərilən cavabda bəyan edilib ki, Xoşbulaq kəndinin sakinlərin iradları “tamamilə əsassız və böhtandır”.

Məktubda yazılıb: “Birmənalı olaraq bildiririk ki, qanuna müvafiq qaydada icarəyə verilmiş və hazırda əsassız olaraq iddia olunan rayonun dövlət fondu yay otlaq sahələrinin Xoşbulaq kənd sakinlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, Prezident Administrasiyasına gedən bir qrup yaxın qohum olan Xoşbulaq kənd sakinlərinin tələbləri və şikayətləri tamamilə əsassız, qanunsuz və şər-böhtan xarakterlidir…”.

24 saat” “Əhəd Əbiyevdən şikayətə gəldilər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button