2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli bəyi susdurmaq mümkün olmayacaq

Toğrul Ibrahim

Əli Kərimlini bəyənə yaxud bəyənməyə bilərsiniz. Normaldır. Heç kəsi niyə bəyənmirsən deyə tənqid edə, danlaya bilmərik. Ama bir reallığı qəbul etmək lazımdır ki, Kərimli Azərbaycan üçün, xalq üçün hər şeyini qurban verməyə hazır olan, bir addım belə geri çəkilsəm, namərdəm deyən adamdır. Kərimli liderdir. Faktiki olaraq ölkədə ən çox izləyicisi, dəstəkçisi olan siyasətçidir. Çünki Kərimli səmimi olaraq mübarizə aparır. Səmimiyyətinin yanında isə prinsipial, ardıcıl mübarizə aparır. Onun başına gətirilən oyunlar, müasir Azərbaycanda heç kəsin başına gətirilməyib. Bu isə onun göstəricisidir ki, Kərimli düz yoldadır.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ təkcə onun şəxsi ilə bağlı deyil. Hərçənd ki, Ilham Əliyevin ona qarşı xüsusi nifrəti, kini var. Bunu hər çıxışında açıq şəkildə bəyan edir. Kərimlini düşman elan edir, çevrəsinə də bunu tapşırıq olaraq verir. Bunun nəticəsidir ki, illərdir ən çox həbs, təzyiq, təqib olunanlar cəbhəçilərdir.

AXCP Elçibəydən günümüzə qədər mübarizənin önündə olub. Mübarizənin kiminlə, kimə qarşı olduğunun heç bir önəmi yoxdur. Harda haqqı əzilən, səsi boğulan varsa, AXCP orada olub. Həm də ən ön sırada. Doğru nədirsə AXCP- də odur.

Talibançı dedilər, Işıdçı dedilər, Fetöcü dedilər, erməni dedilər, Rusiya projesi dedilər, 5- ci kalon dedilər, antimilli dedilər, ünsür dedilər. Dedilər də dedilər. Ancaq bu iftiraların, çamurların heç birisi bizə yapışmadı. Çünki biz şəffaf təşkilatıq. Çünki bizim hardan gəldiyimiz bəllidir. Çünki bizim keçmişimiz bəllidir. Çünki bizim məqsədimiz bəllidir.

AXCP- nin qərargahını əlindən aldılar ki, qəzalı vəziyyətdədir. Başqa qərərgahının qapısını qaynaqladılar. Daha sonraki qərərgahının altına bomba qoyub, partlatdılar. Həm də içində insanlar ola- ola etdilər bunu. Bu əməlləri isə AXCP dən heç nə aparmadı. Əksinə, gücünə güc qatdı. Bizim mübarizəmizin 4 divar arasında qalacağını düşündülər, düşündülər ki, fikirlərimizi, ideologiyamızı da qərərgahla bərabər yerlə bir edəcəklər. Alınmadı. Məşhur filmdə dediyi kimi, mərmi düşüncələrə zərər verə bilməz. Zor gücü ilə bizi, Əli bəyi susdurmaq mümkün olmayacaq. Öldürmək mümkündür, qalib gəlmək, yolumuzdan döndərmək mümkün deyil. Biz inanmış insanlarıq.

Indi onu düz 7 gündür ki, ətraf aləmlə təmasdan təcrid ediblər. Ətrafını həbs ediblər. Evinə gələn jurnalistləri həbs edirlər. Mobil rabitəsini, internetini kəsiblər. Nə oldu? Nəticədə yüzlərlə yeni insan mübarizəyə qoşuldu. Kərimlinin çıxışlarını paylaşdı, ona dəstək nümayiş etdirdi. Çünki Kərimli ölkədəki haqq səsinin açıq qalan son nəfəsliyidir. Bu nəfəsliyi heç vaxt bağlaya bilməyəcəklər. Azərbaycan xalqı buna icazə verməyəcək.

Azərbaycanın demokratikləşməsi, gələcəyi, firəvanlığı, azadlığı üçün nə lazımdırsa edəcəyik. Sonunda canından keçmək olsa belə.

Çünki bu vətən bizimdir!

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa! Yaşa! Çox yaşa! Ey şanlı Azərbaycan!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button