2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Həsənovun “1 ay” planı

“1 həftə” planı da istisna deyil

Prezidentin köməkçisi, PA ictimai-siyasi şöbənin müdiri Əli Həsənov 1994-1995-ci illərdə YAP-ın ideologiya şöbəsinin müdiri olub. 1995-ci ildən Prezident Aparatındadır; ölkənin 1 nömrəli postunda oturan adamın yanında. 2015-ci ilin fevralın 23-dən həm də o post sahibinin köməkçisidir. Yəni ölkədə baş verənlərdən ilk xəbər tuta biləcək adamlardan biridir. Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı aparılan işlər, atılan addımlar, perspektiv planlarlarla bağlı xəbərlər, istəməsə belə, həm də ondan keçir. Bəs niyə açıqlamaları Azərbaycanın ucqar kəndində yaşayan adaşı əlilərin fikirlərindən fərqlənmir?

Saytların yığılması Saytlarin yigilmasi

Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən növbədənkənar(bu da növbədənkənar) qurultayındakı çıxışına baxaq:

“Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə – bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik . İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik”.

 

Həmişə təkrarladıqları, hər tədbirdə vurğuladıqları bir söz var: “Qarabağ Azərbaycanın ağrılı problemidir”. Guya bunlara gecə-gündüz rahatlıq verməyən bir məsələ, problem varsa, o da Qarabağdır. Əli Həsənovun Prezident Aparatında işə girməsinin bu il 23 ili tamam olur, fevralın 23-də prezident köməkçisi postuna təyinatının da 3 ili tamam oldu. Necə ola bilər ki, YAP yaranandan onun ideoloji işlərinə sorumlu olan, 23 ildir ölkənin ideolojisini yönətən, 3 ildir prezidentin köməkçisi işləyən adam ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gələ bilməyib. Hələ onda o qənaət də formalaşmayıb ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsinə mane olan qüvvələr var. O hansı qüvvələrdir ki, Moskva Dövlət Universitetinin məzunu, tarix elmləri doktor, professor, həm də siyasətçi Əli Həsənov o gücləri tanımır. Hər kəs bildiyini deməlidir. Deyək. Biri elə prezident köməkçisi təyin olunduqdan bir neçə gün sonra “Dostluq” ordenini aldığı Rusiya. Qarabağ probleminin başlıca törədicisi və daim ermənilərin yanında olan dövlət. Xocalı faciəsini də “Dostluq” ordeni aldığı Rusiyanın 366-cı alayının bizə yaşatdığını Əli müəllim bilməmiş olmaz, həm də tarixçi kimi.

Bizə Qarabağı işğaldan qurtarmağa xarici qüvvələr də mane olur, Əli müəllimin iş yoldaşı Novruz Məmmədov bunları yaxşı bilir, ondan soruşmaq olar. Qarabağı işğaldan qurtarmağa mane olan əsas qüvvəsə özümüzük. YAP hakimiyyətinin belə bir istəkdə olduğu heç vaxt görünməyib. Qaldı ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə, siyasət adamı olmadan deyə bilərik ki, bizim torpaqları ermənilər yox, biz azad etməliyik; ermənilərlə bağlı qənaətimizin necəliyindən asılı olmayaraq.

Ə.Həsənov həmin açıqlamasında daha sonra deyib ki, Azərbaycan millitarist siyasət yürütmür və yalnız öz torpaqlarını geri istəyir: “Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyon qaçqınımızı öz doğma yurdlarına qaytarıb, o əraziləri yaşayış üçün bərpa etmək istəyirik. Gördünüz ki, Cocuq Mərcanlı qısa müddət ərzində necə bərpa oldu, yaşayış üçün müasir hala gətirildi”.

Yaxşı, bəs Yerevanı, Zəngəzuru, Göyçəni almaq harda qaldı? 1 milyon qaçqının Qarabağdan olduğu deyilirdi axı. Yoxsa onları Yerevana, Zəngəzura, Göyçəyə yerləşdirməyi hədəfləyiblər. Qarabağ qala-qala Yerevana hücum çəkmək elə bil bir az militarist siyasətə oxşayır…

Bu arada bir narahatlığımız da var: hakimiyyət Ermənistanı götürmək üçün müəyyənləşdirdiyi 1 ayı seçki vaxtına salmasa yaxşıdır. Bir az qarmaqarışıqlıq yarana, seçkinin şəffaf və demokratik keçirilməsi şübhə altına alına bilər…

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button