2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli ANS -ə dəstək verdi – Sirli məqalə…

“Azadlıq.info” saytında bu gün “Qapanmış TV-də görünənlər” başlıqlı məqalə dərc olunub. “Azad Akifoğlu” imzasını daşıyan məqalə bu günlərdə məhkəmədə lisenziyası ləğv edilmiş ANS telekanalının aqibətinə həsr olunub.

Yazı müəllifi ANS-n öz peşəkar fəaiyyətilə, 25 il ərzində uğurla gördüyü işlə məşğul olmasından başlayaraq yazır ki, bu, Türkiyədə baş verən hadisələrə qədər belə davam edib.
 
Müəllif yazır: “Sirr deyil ki, TV, radio, ya informasiya agentliyi, sayt olmasından asılı olmayaraq hər bir ciddi informasiya qurumuna Prezident Administrasiyasından təlimatlar daxil olur. Bu barədə hətta informasiya qurumlarınin adi işçiləri belə açıq danışırlar. Burada söhbət hansı məlumatı vermək və ya necə vermək, yaxud hansı məlumatı verməmək və niyə verməməkdən gedir. Mətbuatın yaydığı xəsis məlumatlardan belə  görünür ki, ANS-ə  Türkiyədə baş verən hadisələrin işıqlandırılması ilə bağlı hər hansı təlimat və ya “şparqalka” verilməyibmiş. Doğrudur, MTRŞ-nın yayımın dayandırılması barədə yaydığı rəsmi sənəddə  belə bir ifadə var ki, “dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq və s. və ia. Amma məhkəmədə təqdim olunan arayışda bu xəbərdarlıqların yalnız köhnə efir problemləri ilə bağlı olduğu üzə çıxdı. Yəni Türkiyədə dövlət çevrilişinə cəhdin necə işıqlandırılması ilə bağlı heç bir istiqamətverici xətt olmayıb. Əgər olsaydı, ölkənin bütün digər telekanallarını nümunə göstərər və ANS-in konkret olaraq hansı səhvləri buraxdığını müqayisədə göstərərdilər.
Yazıda göstərilir ki, ANS-in lisenziyasının ləğvinə səbəb kimi göstərilən hadisə başqa bir dövlətin ərazisində cərəyan edir: “Bu qanun  Azərbaycanda hakimiyyətin zorakılıqla dəyişdirilməsinə çağırışların qarşısını almaq üçündür. Türkiyə isə ayrı dövlətdir!”
 
Yazıda qeyd olunur: “Türkiyə hadsələrinin necə adlandırılmasına gəincə, unudulmamalıdır ki, Azərbaycan KİV-i məlumatı əsasən Türkiyə mediasından alırdı. Əsasən  Türkiyədən.  Onlar isə hadisəni əvvəl darbe adlandırırdılar. ANS-in əməkdaşları da türklər kimi “darbe” sözündən istifadə edirdilər. Türkiyə mediası  “terrorçu” sözündən istifadə edəndə ANS də onlara istinadən “terrorçu” deməyə başladı. Kanalın qapadılmasını MTRŞ  ANS-in müxbiri Qənirə Ataşovanın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi ilə əlaqələndirir. Amma burada da çoxlu  boşluqların olduğu görünür. Çünki, Fətullah Gülənin Azərbaycanda terroçu kimi tanınması barədə heç vaxt hər hansı rəsmi açıqlama, rəsmi sənəd olmayıb və bu günə qədər də yoxdur. Əksinə, Fətulah Gülənə Azərbaycanda yaratdığı təhsil ocaqlarına görə ən yüksək səviyyədə təşəkkür də edilib. Bir neçə il əvvəl Türkiyədə cərəyan edən ilk antiGülən dalğasının Bakıya təsiri zamanı bu təhsil müəssisələri bağlananda da rəsmən onların Gülənə bağlı olaraq qapandığı deyilmədi. Belə elan olundu ki, həmin məktəblər sadəcə bağlanırlar. Yəni Fətullah Gülənin terrorçu olması sadəcə, şifahi məlumatdır.
Müəllif ANS-i Fətullah Gülənlə hər hansı şəkildə bağlamağa çalışanlarn mövqelərini zəiflədən daha bir nüansdan bəhs edir: “Bir neçə il əvvəl indi hakimiyyətə yaxın adamların nəzarətində olan Xəzər TV-nin o zamankı sahiblərindən birinin Fətullah Gülənə məktubu  yayılmışdı. O məktubda bütün kanallarla uğurlu iş getdiyi vurğulanırdı, yalnız ANS-lə bağlı qeyd olunurdu ki, bu kanalda heç kimə təsir göstərmək mümkün deyil, çünki kanalın sahibləri şiələrdir. Fətullah Gülənin “icad etdiyi” təriqəti tam batil sayırlar, “bizimki onlarla tutmaz”, çünki Gülənçilərin ideoloji rəqibləridir”.
“Azadlıq.info”  saytının müəllifi yazır: “ANS özünü təmkinli aparır. Görünür, ANS TV-nin ifrat  soyuqqanlı davranışı həm də onun rəhbərlərinin Ağır Cinayətlərə dair İstintaq İdarəsinə izahat üçün dəvət olunması ilə bağlıdır. Kanalın bərpası istiqamətində göstərilən səylərdə hər hansı ehtiyasız hərəkət həbslə də yekunlaşa bilər. Hazırlıq iclasında hökm çıxaran və bununla da özünəməxsus “yeniliyə” imza atan Azərbaycan məhkəməsindən hər şey gözləmək olar. Elə buna görə də  ANS yayımının (ANS TV, ANS ÇM, ANS PRESS-in), fəaliyyətinin qanunsuz dayandırılması barədə iddia ərizəsi hazırlamalıdır. Məhkəmənin ANS-TV-nin lisenziyasının ləğv edilməsi barədə çıxardığı qərardan isə artıq Ali Məhkəməyə kassasiya şikayəti verilib. Təbii ki, ədalətli həll  yolu Azərbaycan məhkəməsində tapılmazsa, işin Avropa Məhkəməsi perspektivi də mümkündür”.
Məqalə bu sözlərlə bitir: “Əlbəttə, ANS-in bağlanmasının görünən əks-sədası əslində mövcud olanı tam əks etdirmir. Yəni ajiotaj daha böyük ola bilərdi. Amma indiyə qədər, elə bu günün özündə də, ANS-in rəhbərliyi onu qapayanları, onun əməkdaşlarını küçəyə atmağa hazır olan bir rejimi bu gün də sədaqətlə qorumaqda, ondan gözlənilən fədakar müqaviməti göstərməməkdədir. Məgər ANS bilmirdi ki, həftə səkkiz, mən doqquz, ailə üzvlərini “İlin adamı” elan edəndə sonu belə olacaq? Bu rejim ilk növbədə özünə yaxın olanları yeyir və bu yolu tutan hər kəsi belə bir aqibət gözləyir. Amma bütün bunlar 25 illik tarixi olan, Azərbaycanın ilk müstəqil yayım və media şirkətinin bağlanmasına sakit durub kənardan tamaşa etməyə əsas vermir”.
Yazını oxuyanda adama elə gəlir ki, məqalə iki nəfər tərəfindən yazılıb. Onlardan biri ANS-in rəhbərliyində təmsil olunur, o biri isə sonuncu abzasda ona opponentlik edir.
Əli Kərimli ANS -ə dəstək verdi -  sirli məqalə...
Məsələ məhz belədir. Məqələnin böyük hissəsi ANS rəhbərliyində təmsil olunan şəxs tərəfindən yazılıb. Bu, onun gizlədilməsi mümkün olmayan jurnalsit stilindən də bəllidir. Məqalənin sonuncu abzası isə AXCP sədri Əli Kərimli tərəfindən əlavə olunub. Birincisi, Əli Kərimlinin də stili az-çox bəllidir. İkincisi isə “Azad Akifoğlu” onun gizli imzasıdır.
Hər halda, Allah ANS-in qapısını açsın.(Musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button