2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əliyevlərin bitib-tükənməz yalanlarını bitirən çağ

Xaliq Bahadır

Onların çoxillik, çoxsaylı yalanlarını yığıb kitaba çevirən olsa, sonra o kitabı xalq oxusa, özü özünə nifrət edər: bir ailənin bir belə yalanlarına inanıb-aldandığına görə! Onlar 50 ilə yaxındır Azərbaycanı yalanla yönətirlər. 50 ilə yaxındır biz Əliyevlərin yalanlarla aldadaraq soyub-yağmalama axarında bütün baxımlardan yoxsullaşdırıb yoxluğa sürüklədikləri Azərbaycanda yaşayırıq. Çoxsaylı yalanlar, çoxsaylı yalanlar yoluyla aldatmalar, aldatma yoluyla soyub-yağmalama Əliyevlərin çoxillik, eləcə də dəyişməz yönətim metodudur. Bu çoxillik, dəyişməz yönətim metodu başlanğıcını KQB generalı Heydər Əliyevdən götürür: “Xalq məni hakimiyətə gətirsə, pencəyimi çiynimə atıb, gedib Xankəndində oturacam; xalq məni hakimiyətə gətirsə, ölkədə rüşvətin, korrupsiyanın, qohumbazlığın, yerlibazlığın kökünü kəsəcəm”. Kimlərsə agent-əlaltılar olaraq onu hakimiyətə gətirdilər. Onu – Dağlıq Qarabağı hələ Sovet dönəmində faktiki olaraq ermənilərə verəni; hələ Sovet dönəmi hakimiyətində ölkəni rüşvət-korrupsiya, qohumbazlıq bataqlığına batıranı!
Hakimiyətə qaytarılandan az sonra xalqı aldaıb başını qatmaq üçün Bakının hər yerinə belə bir poster vurdurmuşdu: “Neft xalqın sərvətidir. Heydər Əliyev”. Xalqın ağzını sulandıracaq bu sözlər ona hakimiyətini gücləndirənədək gərək olacaqdı. Azərbaycan xalqı üçün deyil, Əliyevlərlə onları hakimiyətə gətirən dış güclər üçün yararlı “Əsrin müqaviləsini” qollayandan sonra o, uzun illər Azərbaycan xalqını dünyanın ən varlı xalqlarından birinə çevirəcək “uğurlu neft-qaz strategiyası”ndan danışacaq, beləcə, uzun illər ölkədə xalqı aldatmağa yönəlik Göbbels propoqandası sərgilənəcəkdi. Ötən yüzilin 70-ci illərində olduğu kimi, bir yandan rüşvətxorluğa, korrupsiyaya, qohumbazlığa, yerlibazlığa qarşı “mübarizə” aparılacaq, o biri yandan ölkə bütün bu neqativ, dövləti, dövlətçiliyi çürüdən görsənişlərin bataqlığına çevriləcəkdi…
Aradan illər keçdi, Azərbaycan xalqı Sovet dönəmindəkindən qat-qat ağır, qat-qat dözülməz durumla üzləşdi – Əliyevlərin rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi neqativ görsənişləri DÖVLƏT POLİTİKASINA dönüşdürmələri üzündən! Aradasn illər keçdi, Əliyevlərin başlıca ortaqlarından olan İngiltərə hökuiməti nəyə görəsə belə bir faktın üstünü açdı: “1993-2010-cu illərdə ata-oğul Əliyevlər Azərbaycandan bircə ofşor zonaya 48 milyard dollar pul oğurlayıb ötürüblər”.
Əliyevlərin Qarabağı geri almaq, qaçqınları doğma ata-baba yurdlarına qaytarmaq kimi çoxillik yalanları da yalnız hakimiyəti uzun illər əldə saxlamaqdan ötrü idi. Onlar ölkəni satmaqla hakimiyətə gəldilər, ölkəni satmaqla hakimiyətdə qalırlar. Çoxillik hakiiyətləri boyunca bütün seçşkiləri böyük alver yoluyla udublar. Başqa cür desək, onlar çoxillik hakimiyətləri boyunca bütün seçkiləri Azərbaycanın yeraltı-yerüstü resurslarını aılver obyektinə çevirməklə udublar. İndi qarşıdan çox çətin çeçki gəlir: 2018-ci ilin prezident seçkisi. Bu seçki uzun illərdən bəri Əliyevlər hakimiyətini oluşduranlar üçün ikiqat çətin seçkidir: hakimiyət haçalanıb, komanda ikiləşib; Naxçıvan klanı ilə Paşayevlər klanı arasında birincilik çarpışması gedir.
2013-cü ilin çətin seçkisini (üçüncü dönəm) İ.Əliyev anqlosaks birliyi üçün 40 milyardlıq “Şahdəniz – 2” kontraktını qollamaqla, Putinin gətirdiyi armadanı boş qarşılayıb dolu yola salmaqla yola verdi. Onda o, qabaqkı yalanları kimi yeni yalana əl ataraq yeni kontraktın Azərbaycan xalqını çox varlandıracağını demişdi. Başında durduğu korrupsiya rejimi qanunauyğun olaraq onun dediyini doğrultmadı. İndi o, yeni seçki qabağı qolladığı yeni kontraktla bağlı xalqa yalanlar danışır – varlanma yalanları! Rejim dəyişmədiyi kimi rejim quralları da dəyişməz qalır: yalan öz yerində, oğurluq öz yerində!
Əliyevlər hakimiyətinin oğru-quldur hakimiyəti olaraq bütün dünyada durmadan gözdən düşməsi, komanda ikiləşməsi, xalqla hakimiyət arasındakı uçurumun dönməz olaraq dərinləşməsi qaçılmaz olaraq ölkəni böyük dəyişikliyə aparır. İ.Əliyevin xalqı aldatmağa yönəlik yalançı reformaları indi dövlət başçısı olaraq onun özünü aldatma faktoruna çevrilib – rejim bütünlüklə bankrot durumdadır!
Çıxışından göründüyü kimi, ingilislərin payını artırıb 11-dən 25 faizə qaldırmaqla qolladığı kontrakt çox istəsələr də Əliyevlər üçün “əsrin müqaviləsi” effektini verməyəcək – istər içdə, istər dışda dəngələr dəyişmədə, suçlular sorğulanmadadır…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button