2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əmək bazarında da vəziyyət “stabilləşdi”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək bazarında vəziyyətin stabilləşdiyini bildirib.

Təəccüblənə bilərsiniz ki, iqtisadiyyatın daraldığı, ÜDM-in hər il azaldığı, dövlət və özəl şirkətlərdə ixtisarların davamlı hal aldığı bir dövrdə nazir necə olub ki, bu nəticəyə gəlib?

Saytların yığılması Saytlarin yigilmasi

Dünya Bankının proqnozuna görə 2017-ci ildə ÜDM 1.4 faiz azalacaq. Büdcənin neft-qaz resurslarından asılı hala salındığı Azərbaycanda neft hasilatı birinci rübdə 10% azalıb. Ölkə büdcəsindən xarici borclara ayrılan məbləğ ildən-ilə artır. Gələn il bu məbləğin 1 mlrd. dolları keçəcəyi gözlənilir. İldən-ilə artan xərclər, azalan neft gəlirləri kontekstində üfüqdə yaxşı heç nə görsənmir.

Nazir bu nəticəyə gəlməyinə səbəb kimi Dövlət Məşğulluq Xidmətinə müraciət edənlərin sayının azalmasını göstərib: “Bu ilin 5 ayı ərzində quruma 69 250 nəfər iş üçün müraciət edib. Ötən il bu rəqəm 141 min 650 nəfər olub. Göründüyü kimi, iş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb”.

Səlim Müslümov hesab edir ki, Dövlət Məşğulluq Xidmətinə müraciət edənlərin sayının azalması əhalinin iş tələbinin azalması ilə əlaqədardır. Əslində isə bunun arxasında yatan səbəb əhalinin Dövlət Məşğulluq Xidmətinə inamsızlığıdır ki, bu da qurumun qeyri-effektiv, qüsurlu və qanunsuz fəaliyyətlərindən doğur.

Əhaliyə təklif olunan işlər az maaşlı və ya ağır işlərdir. Bu işlər belə hamıya nəsib olmur. Çünki beynəlxalq konvensiyalara zidd olan yerli qanunvericiliyə görə, mülkiyyətində torpaq sahəsi olan şəxslər işsizlərə aid edilmir. Bu da əhalinin 40%-lik kəsimidir. Beləliklə, aşağı təbəqəyə məxsus böyük bir kütlə iş tələb etmək imkanını əldən vermiş olur.

İşsizlik müavinatının verilməsi üçün əhalidən rüşvət alınması hallarının çoxluq təşkil etməsi də quruma etibarı azaldır.

Sahibkarlığın inkişafı üçün normal mühitin olmadığı Azərbaycanın əmək bazarında müsbət tendensiyalar gözləmək sadəlövhlükdür. İş adamları ölkəyə kapital yatıraraq yeni iş yerləri yaratmaqda maraqlı deyil, yerli sahibkarlar belə kapitalı ölkədən çıxarmaq üstündə baş sındırır. Vəziyyətin dəyişməsi üçün həqiqi islahatlar aparılmalı, məhkəmələrə azadlıq verilməli, iqtisadiyyatda azad rəqabət təmin olunmalı, monopoliyalar ləğv edilməli, hökumət qurumlarında korrupsiya aradan qaldırılmalıdır. Təəssüf ki, Əliyev hökumətinin bu yöndə addımları nəzərə çarpmır. Ona görə də işsizliyin azalması ilə bağlı məmurların bəyanatlarını qeyri-ciddi hesab etmək olar.

İlkin

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button