2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan ilə Putinin telefon söhbəti olub

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin telefon söhbəti olub.
Türkiyə mətbuatının xəbərinə görə, görüşdə başda Suriyadakı son hadisələr olmaq üzrə, beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə edilib. Söhbətdə prezidentlər həmçinin Astana mexanizminin və Cenevrə danışıqlarının davamı baxımından Türkiyə və Rusiyanın birgə səy göstərməsinin əhəmiyyətini vurğulayıb.
İdlibdə Əsəd rejiminin vətəndaşları hədəf alan kimyəvi hücumu da müzakirə olunub. Ərdoğan kimyəvi silah istifadəsinin insanlığa qarşı işlənən böyük bir cinayət olduğunu vurğulayıb. Prezidentlər hücumun müstəqil və tanınmış təşkilat olan Kimyəvi Silahların Qadağan olunması Təşkilatı tərəfindən araşdırılmasını dəstəklədiklərini bildirib.
Görüşdə iki ölkə arasındakı əlaqələri normallaşdırmaq səylərinin sürətləndirilməsi məsələsinə də toxunulub.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button