2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan xalqdan üzr istədi…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qiyamçıları vaxtında aşkar edə bilmədiyi üçün xalqdan üzr istəyib.

24saat.org  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Ankarada Dini Şuranın iclasında bəyan edib.
“Bütün bunlara baxmayaraq, mən satqınların əsl üzlərinin daha öncə aşkar edilmədiyinə qüssələnirəm. Bilirəm ki, bunlara görə, həm Allah, həm də xalq qarşısında cavabdehik. Qoy onlar bizi bağışlasınlar”, – deyə Ərdoğan bildirib.
Amma o qeyd edib ki, Türkiyə hakimiyyətinin əməliyyatlar zamanı həyata keçirdikləri tədbirlər olmasaydı, qiyamçıların əməllərinin miqyası daha geniş olardı.
Ərdoğan həmçinin növbəti dəfə Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ilə mübarizədən söz açdı.
Daha öncə Türkiyədə çevrilişə cəhddən sonra 58 min nəfər vəzifəsindən uzaqlaşdırıldığı məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button