2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğana sui-qəsd XƏBƏRDARLIĞI: Türkiyə yeni qiyamla üz-üzə

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin qarşısı alınsa da, təhlükə tam olaraq keçməyib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, dövlətin rəsmi yazışmalarında bu təhlükələr aydın şəkildə öz ifadəsini tapır.

Türkiyə Baş Polis İdarəsinin 17 iyul tarixli yazısında deyilir: “Çevriliş planı uğursuz olan FETÖ/PDY terror təşkilatının üzvləri hər şeyi itirmək psixologiyası ilə bir sıra hücumlara edə bilərlər. Vətəndaşlarımızın həssaslığını nəzərə alaraq, ölkəmizdə olan suriyalılara hücumlar edər, eyni şəkildə bir sıra məzhəblərarası qarşıdurmaya səbəb olacaq addımlar ata bilərlər. Xüsusilə sünni və ələvi vətəndaşlarımızı qarşı-qarşıya gətirməyə çalışa bilərlər”.

21 iyul tarixli yazıda isə sui-qəsdlərin ola biləcəyi qeyd olunur: “FETÖ-nün hələ də de-şifrə olmamış üzvləri başda prezident olmaqla, siyasi və hərbi rəhbərliyə qarşı sui-qəsdlər edə bilərlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin, PKK-nın da hazırkı vəziyyətdən istifadə edərək, terror hücumları edə biləcəyi vurğulanır.

“FETÖ/PDY mənsubları hərbiçi və polis ailələrinə gedərək, “həyat yoldaşınız xəstələndi” kimi sözlərlə ailələrini girov götürə bilərlər”, – deyə qeyd olunur və ehtiyatlı olmağa çağırış edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button