2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğanın layihəsi ilk oxunuşda qəbul edildi

Türkiyə Konstitusiyasına dəyişikliklər Türkiyə Böyük Millət Məclisinin (parlament) iclasında birinci oxunuşda qəbul edilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gizli səsvermədə Konstitusiyaya təklif edilən dəyişikliklərin lehinə 338 millət vəkili səs verib.

Qanun layihəsinin birinci oxunuşdan keçməsi üçün 330 səs kifayət edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Konstitusiyaya təklif etdiyi dəyişikliklər parlamentin Konstitusiya Komissiyasında dekabrın 30-da qəbul edilib. Konstitusiyanın 18 maddəsində dəyişiklik ediləcək. Daha əvvəl Konstitusiyanın 21 maddəsində dəyişiklik təklif edilsə də, sonradan onların sayı 18-ə endirilib.

Dəyişikliklərə əsasən, TBMM-də millət vəkillərinin sayı 550-dən 600-ə çıxarılacaq. Millət vəkili seçilməsi üçün qoyulan yaş senzi 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri 5 ildən bir eyni gündə keçiriləcək.

Referendum aprelin 2-si, yaxud da 23-ündə keçirilməsi nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button