2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əsədin keçmiş generalından kimyəvi silahla bağlı şok açıqlama

Suriya ordusunun keçmiş generalı Zaxir əs-Sakat sensasion açıqlama verərək Bəşər Əsədin yüzlərlə ton kimyəvi silah gizlətdiyini bildirib.

Məlumatı “The Telegraph” qəzeti yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

2013-cü ildə Suriya ordusundan qaçan keçmiş generalın sözlərinə görə, Əsəd hökuməti sahib olduğu kimyəvi silahın yalnız bir hissəsindən imtinaya razılıq verib.

Kimyəvi Silaha Qadağa üzrə beynəlxalq təşkilat isə ötən il bəyan etmişdi ki, Suriya rejiminin əlində olan kimyəvi silahın hamısı zərərsizləşdirilib və ya ölkədən çıxarılıb.

“Həmin vaxt 1,3 min ton kimyəvi silah təhvil verilmişdi. Halbuki həcmi real olaraq təxminən iki dəfə çox idi. Onların 2 min ton kimyəvi silahı vardı”, – deyə əs-Sakat bildirib.

Keçmiş general Əsəd rejiminin böyük zarin qazı ehtiyatına və qazın əldə edilməsi üçün lazım olan maddələrə sahib olduğunu da deyib.

Qeyd edək ki, əs-Sakat Suriya ordusunda kimyəvi silahlara nəzarət üzrə ən yüksək rütbəli hərbçilərdən olub.

Bir neçə gün əvvəl açıqlama verən Bəşər Əsəd İdlibə kimyəvi silah hücumunu ABŞ-ın qurama oyunu adlandırmışdı.

Həmçinin bildirmişdi ki, kimyəvi silahı yoxdur və hətta olsaydı belə, onu ölkəsinə qarşı tətbiq etməzdi.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button