2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əsədlə bacarmayan “cihad”çıların yeni hədəfi Santa Klausdur

Qarşıdan İsa Peyğəmbərin mövludu bayramı gəlir. Xristian dünyasının ən əsas bayramı ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.

Buna da səbəb var. Radikal islamçıların gözündə bu bayramı keçirmək ən böyük günahlardan biridir.

24 saat.org bildirir ki, hər il bayramdan qabaq terror təhlükəsi on qat artır.

Saytların yığılması Saytlarin yigilmasi

Yada salaq – 2015-ci il 2 dekabr tarixdə Sayed Faruk və onun həyat yoldaşı Taşfin Malik ABŞ-ın Kaliforniya ştatında yerləşən San-Bernardino şəhərində bayram gecəsi keçirilən ziyafətə basqın etdilər.

Adi vaxtlardan San-Bernardino məscidində sakitcə namaz qılan Sayed Faruk həmən günü hərbi forma geyinmişdi. O və arvadı banditdən çox “allahın əskəri” nə oxşayırdı. Əslən pakistanlı olan ər-arvad sələfi idi. Bu təriqətdə olanlar özlərini əsil müsəlman sayır, həmin bayramı hətta Santa Klausu şirk sayırdılar.

Ziyafətə daxil olan cütlük soyuqqanlı və profesionalcasına hərəkət edərək 14 amerikalını öldür.

Cihadçılar 2016-cı ildə də boş durmadılar. Terror təhlükəsi yenə var.

Bir çox müsəlman ölkələrində yeni ili qarşılamaq, hətta xristian qonşunu bu səbəblə təbrik etmək belə günah sayılır. Əgər təbrik edirsənsə demək həmin günahı paylaşırsan.

Bu il isə terror təhlükəsi daha çoxdur. Suriyada məğlub edilən İŞİD üzvlərinin çoxu Avropadakı evlərinə qayıdır. Bəşər Əsədlə bacarmayan cihadçıların yeni hədəfi Santa Klausdur.

Elə bu yaxınlarda, 24 noyabrda Fransada növbəti cihadçı qrup həbs edildi. Onların hədəfi Yelisey Sarayında və Disneylenddə keçirilməsi nəzərdə tutulan bayram tədbirləri idi.

İlqar Atabəyli

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button