2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

13 erməni hərbiçi altı il həbs cəzası alıb /YENİLƏNİB/

Bakı/29.07.21 Bakı Ağır Cinayətlər Məhkəməsi 13 errməni hərbiçinin işi üzrə hökmü elan edib.

Onlar qanunsuz silah dövriyyəsində və Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə təqsirli biliniblər və hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. -06Â-

*   *   *

Saytların yığılması Saytlarin yigilmasi

2021 İyul 29 (Cümə axşamı) 13:27:40

Prokuror 13 erməni hərbiçinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib

Bakı/29.07.21 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 13 nəfər erməni hərbiçidən ibarət sayca dördüncü qrupun işi üzrə proses davam etdirilib.

Dövlət ittihamçısı onların hamısının sərhədi qanunsuz keçməkdə və qanunsuz silah saxlamaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman prokuror terrorçuluq və qanunsuz silahlı birləşmə yaratmaq haqqında maddəni ittihamlar arasından çıxarmağı təklif edib.

Bundan sonra vəkillərin çıxışları başlayıb, proses davam edir.

Bu qrupdakı müttəhimlər Astanyan Yegiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorkoviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorq Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodi Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Qiraqusyan Eduard Armenoviçdir.

Xatırladaq ki, yuxarıda adı çəkilən şəxslər Ermənistan ordusunun 2020-ci il dekabrın 13-də Hadrutda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı əsir götürülmüş hərbi qulluqçularıdır. Ümumilikdə 60 nəfərdən çox hərbiçi saxlanılıb. Sonradan bir neçə nəfər azad edilib.

Bu hadisələrlə bağlı 40 nəfər 3 qrup şəklində artıq mühakimə olunub. Onların 12 nəfəri şərti cəza alıb və iyulun əvvəllərində minalanmış ərazilərin xəritələri müqabilində azad edilib.

Daha 3 nəfər 4 il, digərləri 6 il həbs cəzası alıb. -06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button