2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

14 sahibkara cəmisi 10,7 milyon manat…

Vahid Məhərrəmov: “Bu qədər vəsait kimə verilib? Yəqin bu sahədə də monopoliya yaratmaq istəyirlər”

Azərbaycanda çayçılığın inkişafı ilə bağlı sahibkarlara 10,7 milyon manat maliyyə vəsaiti verilib. 14 sahibkara verilən bu məbləğ güzəştli kredit şəklindədir.
İqtisadçı ekspert Vahid Məhərrəmov Azadlıq.info-ya açıqlamasında Milli Məclisin aqrar-siyasət komitəsinin sədri Eldar İbrahimovun regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş proqramın icrasına dair dediklərini yada salır. Komitə sədrinə dediyinə görə, proqram çərçivəsində 10 il ərzində 50,7 milyard manat vəsait xərclənib. Bu illər ərzində xərclənən 50 milyard manatdan çox vəsait isə hər ildə 5 milyard manat deməkdir:
“Bu qədər vəsaitin müqabilində kənd təsərrüfatında çox böyük geriləmələr var. Kiçik və orta sahibkarlıq demək olar ki sıradan çıxarılıb. Ölkənin idxaldan asılılığı get-gedə artır. Kəndin inkişafı istiqamətində, sosial problemlərin həlli məsələsində hansısa irəliləyişi görmürük. Kəndlərdə hələ də su, elektrik, qaz və digər problemlər var”.
Bütün bunları nəzərə alanda, ekspert çayçılığın inkişafı istiqamətində ayrılan 10 milyon manat maliyyə resursunun bu sahənin əsaslı şəkildə yenidən qurulması üçün yetərli olmayacağı qənaətindədir.Vahid bəy deyir ki, ölkəyə neft satışından milyardlarla dollar vəsait gəldiyi halda, problemlər qalmaqda davam edir:
“Ortada heç bir iş yoxdur, idxaldan asılılıq get-gedə artır. Yeganə gəlir sahəmiz neft-qazdır. Azərbaycan brendiylə bazara çıxarılacaq hər hansı bir məhsulumuz yoxdur. Kənd təsərrüfatına ayrılan vəsaitlər ünvanına çatdırılmır, ondan səmərəli istifadə olunmur. Belə olan halda, sənaye və ya kənd təsərrüfatı sahəsində irəliləyişin olmadığını müşahidə edirik. Ayrılan bu qədər vəsait hansısa oliqarxın marağına xidmət edəcək. Digər sahələrdə olduğu kimi, çayçılığı da monopoliyaya almaq fikrində olan dövlət məmurları var. Bu isə o deməkdir ki, ölkədə rəqabət qabiliyyətli çay istehsalı mümkün olmayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button