Dünya
18 yaşlı gənc oğlan dünyanı 20 sm-lik quyruğu ilə şoka saldı – Fotolar
Hindistanda 18 yaşlı gənc oğlanın üzərində 20 sm-lik quyruğun kəsilməsi əməliyyatı aparılıb.
Bu barədə Moderator.azBBC-yə istinadən xəbər verir.
Gəncin məsxərəyə qoyulmaması üçün valideynləri onun quyruğunun olduğunu 18 yaşınadək kənar şəxslərdən gizlədiblər.
Lakin bu çıxıntı get-gedə böyüdüyü üçün onu paltarın altında gizlətmək çətinləşmişdi. Digər tərəfdən də onun içərisində sümük formalaşmağa başlamışdı.
Bu fenomen çox nadir hadisədir, 20 sm-lik quyruq isə tibb tarixində ən uzunudur.
Qeyd edilir ki, neyrocərrahın iştirak etməsinə baxmayaraq, bu, sadə əməliyyat olub.