2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

184 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci ilin birinci yarısında görülən işləri açıqlayıb

2018-ci ilin birinci yarısı 184 vəzifəli şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bu barədə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

K.Əliyev deyib ki, cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Eyni zamanda, korrupsiya hüquqpozmaları üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət verilib, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib.

Onun sözlərinə görə, 13 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.

Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib. Araşdırmalar nəticəsində habelə yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.

K.Əliyev bildirib ki, hesabat dövründə mənzil tikinti sahəsi ilə bağlı 18 şəxs barəsində 9 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Onun sözlərinə görə, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 117 cinayət işi üzrə istintaq aparılır ki, onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə, 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə əlaqəlidir.

“Bu müddətdə bank və bank olmayan kredit təşkilatları ilə bağlı 43 şəxs barəsində 18 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib və 17 milyon 610 min manat ziyanın vətəndaşlara ödənilməsi təmin edilib. Mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manat nağd olaraq vətəndaşlara ödənilməsi təmin olunub”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button