2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

2 il əvvəl İranla sazişdən çıxması Vaşinqton üçün indi əngəl yaradır


Dövlət katibi Mike Pompeo bildirib ki, Birləşmiş Ştatlar BMT-nin İrana qarşı embarqosu bu payız başa çatdıqdan sonra da Tehranın adi silahların ticarəti ilə məşğul olmasına imkan verməyəcək. Dövlət katibi aprelin 29-da müxbirlərlə söhbəti zamanı deyib:

“Biz bunun baş verməsinə imkan verməyəcəyik. Biz sözü gedən qadağanın uzadılması üçün BMT Təhlükəsizlik Şurası ilə işləyəcəyik. Əgər başqa heç bir ölkə hərəkət etməsə, Birləşmiş Ştatlar əlində olan hər bir imkanı nəzərdən keçirəcək”.

BMT Təhlükəsizlik Şurasının İrana adi silahların satışını qadağan edən 2231 qətnaməsi oktyabrın 23-də qüvvədən düşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu qətnamə çəkindirici şərt olaraq İran və dünyanın 6 gücü arasında 2015-ci ildə imzalanmış nüvə sazişinə də daxil edilib.

Beləliklə, 2231 qətnaməsinin qüvvədən düşməsi İranın 2015-ci il nüvə sazişindən çıxması ilə nəticələnə bilər.

Birləşmiş Ştatlar 2015-ci il nüvə sazişini 2018-ci ildə Trump-ın qərarı ilə birtərəfli qaydada tərk edib və Tehran üzərinə ABŞ sanksiyaları yenidən işə düşüb.

 

ABŞ isbat etməyə çalışacaq ki…

2015-ci il sazişinin tərəfləri olan Çin və Rusiyanın İrana silah satmaq niyyətində olduqları məlumdur. Məhz bu səbəbdən də onların BMT embarqosunun uzadılması məsələsində veto qoyacaqları gözləniləndir.

Pompeo deyib ki, Çin və Rusiyanı bu veto hüququndan məhrum etmək üçün Birləşmiş Ştatlar nüvə sazişinin tərəfi olaraq qaldığını isbat etməyə hazırdır.

Pompeo fikrini belə əsaslandırıb ki, BMT qətnaməsində ABŞ-ın da imzası var.

Amma burası da var ki, prezident Donald Trump 2018-ci ilin mayında Birləşmiş Ştatların nüvə sazişindən çıxdığını aydın şəkildə bəyan etmişdi.

Nüvə sazişinin tərəfləri İran üzərinə sanskiyaların bərpası üçün “geriyə dönüş” adlı mexanizmdən istifadə edə bilərlər. Lakin bu halda İranın sazişi pozduğunu bəyan etmək lazım gələcək.

Pompeo bu barədə deyib:

“BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsində aydın şəkildə deyilir: Biz özümüzü ayrıca olaraq iştirakçı elan etməyə də bilərik. Bu, birmənalıdır və BMT Təhlükəsizlik Şurasının qətnaməsində yer almış iştirakçı hüquqları bütün iştirakçılara aiddir”.

 

Avropa diplomatları şübhə edirlər

Avropa diplomatları belə bir taktikanın işləyəcəyinə, 2015-ci il sazişini tərk etmiş ABŞ-ın geriyə dönüş mexanizmini hərəkətə gətirə biləcəyinə şübhə edirlər.

Pompeo deyib ki, Birləşmiş Ştatlar həm də E3 qrupu kimi tanınan və 2015-ci il sazişinin tərəfləri olan Britaniya, Fransa və Almaniyadan da hərəkət gözləyir.

Avropa İranın Yaxın Şərqdəki fəaliyyətindən ABŞ-ın narahatlığını bölüşsə də, nüvə məsələsinin daha mühüm olduğunu düşünür.

Bundan başqa hətta bu embarqonun qüvvədə olduğu vaxtlarda da İran özünün regional müttəfiqlərini və onu təmsil edən qüvvələri silahlarla təchiz edə bilib.

 

İran seçki kampaniyası dövründə Trump-a “çətinlik” yarada bilər

Beynəlxalq Böhran Qrupunda İran Layihəsinin direktoru Ali Vaezi isə AzadlqıRadiosuna deyib ki, embarqonun hətta uzadılması da Çin və Rusiyanın İrana silah satmasının qarşısını ala bilməyəcək:

“Silah embarqosunun qaldırılması nüvə sazişinin İrana verdiyi mənfəətlərdən biri idi. Tehranı silah bazarına çıxışdan məhrum etmək İranı təmsili qüvvələrin dəstəklənməsi səylərini artırmağa və ballistik raket proqramını inkişaf etdirməyə ikiqat sövq edəcək”.

Birləşmiş Ştatların “maksimum təzyiq” siyasətinə cavab olaraq İran regional gərginliyi artırıb və nüvə sazişinin bir sıra şərtlərini pozub. Tehran bildirir ki, bununla belə, başqa tərəflər sazişin şərtlərinə əməl edərlərsə, nüvə sazişi tez bir zamanda bərpa edilə bilər.

Lakin nüvə sazişindən çox az iqtisadi fayda görmüş İranda rəsmilər bildirirlər ki, silah embarqosu uzadılarsa, Tehran 2015-ci il nüvə sazişini və kütləvi qırğın silahlarının yayılmaması müqaviləsini tamamilə tərk edə bilər.

Vaezi bu barədə deyib:

“Bu bir blef deyil. Bu, İrana dərhal təsir vasitəsi verəcək və Trump üçün onun seçki kampaniyası zamanı beynəlxalq nüvə silahı böhranı yaradacaq”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button