Loading...
Loading...
Xəbərlər

2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 44 min mina zərərsizləşdirilib

Bakı/07.01.22 2021-ci il ərzində Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində ümumilikdə 20 165 hektar ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Bu barədə yanvarın 7-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Minatəmizləmə işləri ANAMA mütəxəssisləri tərəfindən Müdafiə Nazirliyi, FHN və Dövlət Sərhəd Xidmətinin nümayəndələri ilə birlikdə aparılır. 

Onun sözlərinə görə, ötən ilin yekunlarında 6 000 hektar ərazinin təmizlənmə öhdəliyi qarşısında, ANAMA-nın minaaxtaranları 6 201 hektar ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib.

“Nəticədə, 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib”, deyə o qeyd edib.

O bildirib ki, maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb.

“Ötən il imzalanan müqavilələrə əsasən 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır”.

ANAMA sədri deyib ki, ABŞ-ın “Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalanıb, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

“Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir”, deyə o qeyd edib.

Rəsmi məlumatlara görə, ErmənistanAzərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, ErmənistanRusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 40 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. -03B06-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button