2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3 aydır qaza həsrət qalanlar: “Rövnəq Abdullayev çıxsın, desin, ki…”

“Onsuz da qazın təzyiqi aşağı idi, ancaq 3 aydır yerli-dibli yoxdur”.

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 30 saylı binada 3 aydan çoxdur ki, sakinlər qaza həsrət qalıblar. Bu barədə AzadlıqRadiosu-nun “Qaynar xətt”inə özləri danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

“RÖVNƏQ ABDULLAYEV ÇIXSIN…”

Həmin ünvanda yaşayan Kamandar Əliyevin sözlərinə görə, uzun müddətdir ki, sakinlər bu problemi yaşayırlar. Son bir neçə ayda isə durum lap pisləşib:

“İldən-ilə vəziyyət ağırlaşır. Belə görünür ki, gələn il bu vaxt vətəndaşlara deyəcəklər, ‘mavi yanacağı yerli-dibli unudun’. Rövnəq Abdullayev (SOCAR prezidenti) çıxsın, xalqın qarşısında desin ki, ‘ay camaat, əl çəkin, bu ölkədə qaz başqa ölkələr üçün istehsal olunur, sizin üçün yox’. Biz də bilək ki, ölkədə vətəndaşlar üçün qaz istehsalı yoxdur. Vaxtımızı, əsəbimizi itirməyək. Demir axı, deyir, ‘ölkədə mavi yanacaq ehtiyatı qədərincədir’. Aylardır mətbəxdə qazı gəlməyən vətəndaş da televizordan bunu eşidəndə qəzəbindən dil-dodağını çeynəyir”.

Bina sakini Hatəm Müslümov 3 ayda elektrik israfına görə 530 manat ödədiyini deyir:

“Təkcə yanvar, fevral, mart ayları üçün bu qədər işıqpulu ödəmişəm. Mən son ayları dedim. Ondan əvvəlki aylar da ödənişlərimiz az olmayıb. Qaz yoxdur deyə, elektrik qızdırıcıları qoşurduq. İndilərdə istilər düşür deyə, binamızda hamı sevinir ki, xərclərimiz azalır”.

“ARADABİR DAYANDIRILIRDI”

Nəsimi rayon Qaz idarəsindənsə “Qaynar xətt”ə bildirilib ki, abonentlərin şikayəti əsaslı olsa da, şişirdilir:

“Düzdür, Bakının çox yerində bu vəziyyət mövcud idi, ancaq indi qaz var axı… Həm də abonentlərin dediyi kimi deyil, qazın təzyiqi aşağı olsa da, verilişi aradabir dayandırılırdı. Səbəb, əsasən, ötürücülərdə təmir işləri aparılması ilə bağlı olurdu. Bundan sonra qaz verilişində problem olmayacaq”.

Abonentlərsə yay fəslində onsuz da qaz verilişində fasilə olmadığını bildirirlər. Onlar hökumətdən daha çox soyuq havalarda mavi yanacağın kəsilməməsini tələb edirlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button