2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

4.5 milyon istehlakçı işıqsız qalıb

Prezident Volodimir Zelenski ukraynalılara deyir ki, ölkənin bir hissəsi dağıdılmış enerji infrastrukturuna Rusiya qüvvələrinin əlavə zərbələr endirməsinə hazır olsunlar. Kiyevin meri isə paytaxt sakinlərinə xəbərdarlıq edib ki, elektriksiz və susuz qalacağı halda şəhərdən müvəqqəti çıxmağı nəzərdən keçirsinlər.

Saytların yığılması Saytlarin yigilmasi

Zelenski noyabrın 6-da gecə müraciətində qeyd edib ki, Rusiya “qüvvələrini cəmləyir və infrastrukturumuza kütləvi hücumların təkrarlanması mümkündür. İlk növbədə söhbət enerjidən gedir”.

Kliçkonun müraciəti

Onun sözlərinə görə, 4.5 milyondan çox istehlakçı artıq elektriksiz qalıb. Bu arada müharibə enerji və ərzaq qiymətlərinə təsir göstərdiyi bir vaxtda Ukraynaya dəstəyin azalacağından narahatlıq var.

Kiyevin meri Vitali Kliçko isə daha öncə paytaxtın susuz və işıqsız qalacağını istisna etməyib. Mer bunun qarşısını almaq üçün “hər şey” etdiklərini vurğulayıb.

Son bir ayda Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu hədəfə alıb. Ölkədə elektrik kəsilir, yaxud qrafik üzrə söndürülür. Noyabrın 6-da Kiyevin bəzi yerlərində və ətraf vilayətdə elektrik təchizatı rotasiya ilə bir saatlığa kəsilib.

Kiyevdə minədək isitmə məntəqələri yaradılması planlaşdırılır, ancaq bunun 3 milyon əhalisi olan şəhər üçün yetərli olub-olmayacağı bilinmir.

Bu arada Ukrayna qüvvələrinin ölkənin cənubunda irəliləməsi xəbərləri gəlir. Rusiyanın işğalı altında olan Xerson şəhərinin sakinləri mümkün qədər tez evakuasiya olunmaqla bağlı mesaj alıblar.

Rusiya sentyabrın 30-da Xersonu daha 3 vilayətlə birlikdə ilhaq edib. Hazırda Rusiya qüvvələri Ukraynanın vilayətin eyniadlı paytaxtını geri almağı hədəfləyən əkshücumuna hazırlaşırlar.

Kremlin təyin etdiyi administrasiya artıq Xersondan onminlərlə sakini çıxarıb.

Rusiya xəbər agentliklərinin noyabrın 6-da yaydığı məlumata görə, Ukrayna qüvvələri Rusiyanın tutduğu, Dnepr çayı üzərindəki Nova Kaxovka bəndini dağıdıblar. Ancaq buna sübut göstərilməyib.

24 saat” “
4.5 milyon istehlakçı işıqsız qalıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button