Xəbərlər

418 gündəlik yoluxma aşkarlanıb, 19 ölüm 

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1095 nəfər sağalıb.

Bu məlumatı mayın 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 19 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 321 min 798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 297 min 784 nəfər sağalıb, 4580 nəfər vəfat edib, aktiv xəstə sayı 22434 nəfərdir”.

Qərargahin məlumatına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5180, ötən müddət ərzində isə ümumilikdə ölkədə 3 milyon 267 min 835 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “418 gündəlik yoluxma aşkarlanıb, 19 ölüm ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button