Bizim tərcümə

450 səhifəlik Şimali Koreya hesabatı: İnsanlar video paylaşma, dini fəaliyyətlər kimi səbəblərə görə edam edilir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-30 18:22:14

class=”medianet-inline-adv”>

Cənubi Koreyanın Birləşmə Nazirliyinin yaydığı 450 səhifəlik hesabatda Şimali Koreya vətəndaşlarının ölüm cəzası tələb etməyən müxtəlif cinayətlərə görə edam edildiyi bildirilib. 2017-2022-ci illər arasında ölkəsini tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyat haqqının təhlükə altında olduğu bildirilib. Məlumata görə, Şimali Koreyada ölüm cəzası narkotik cinayətləri, Cənubi Koreya istehsalı videoların paylaşılması, dini fəaliyyətlər kimi səbəblərə görə verilir.

Saytların yığılması Saytlarin yigilmasi

İctimai edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə, həbs düşərgələrində və bir çox yerlərdə dövlət tərəfindən insan haqları pozuntularına yol verildiyi də diqqətə çatdırılıb. Hesabatda insanların saxlama mərkəzlərində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən bəzi Şimali Koreyalıların tutulduqdan dərhal sonra edam edildiyi bildirilib.

Cənubi Koreya lideri Yoon Suk Yeol bildirib ki, hesabat beynəlxalq ictimaiyyəti Şimali Koreyanın “dəhşətli” təcrübələri barədə məlumatlandırıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatlarına görə, bu günə qədər təxminən 34.000 Şimali Koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi artırdıqca, ölkədən qaçanların sayı kəskin şəkildə azalıb. Nazirliyin məlumatına görə, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə 67 nəfər qaçıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button