2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

53 “Taliban”çı öldürüldü

Əfqanıstan ordusu ölkənin qərbində yerləşən Baqdis vilayətində “Taliban” terrorçularının hücumunun qarşısını alıb.

24saat.org report-a istinadən bildirir ki, bunu Balamurqab əyalətinin başçısı Əhməd Ziya Akazay deyib.
Onun sözlərinə görə, əməliyyat zamanı 53 yaraqlı öldürülüb: “Ötən gecə “Taliban” hərəkatının yüzlərlə yaraqlısı Balamurqabda strateji əhəmiyyətli rayonu ələ keçirmək üçün kütləvi, koordinasiyalı hücuma keçib. Xoşbəxtlikdən, bir neçə saat davam edən hücumun qarşısı alınıb və yaraqlılar dağlara qaçıblar”.

Öldürülənlər arasında həmçinin taliblərin komandirlərindən biri olan Kari Ahsanulla da var. Bundan əlavə, bir neçə saat davam edən atışma zamanı 50-dən çox yaraqlı yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button