2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədən İŞİD-də ağır zərbə: 13 ölü

Axşam saatlarında Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfindən raket atəşinə tutulub. ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə cavab atəşi açıb.

Türkiyə Silahlı Qüvvələri qarşı tərəfi “Fırtına” özüyeriyən artilleriya qurğusundan atəşə tutub. Türkiyə mətbuatının verdiyi xəbərə görə, ölkənin Silahlı Qüvvələrinin artilleriyası İŞİD terror qruplaşmasının 13 üzvünü və bir çox hərbi texnikasını məhv edib. Ötən gün isə Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının 50-dən çox üzvünü məhv edib.

"Katyuşa" raketləri.Arxiv

Saytların yığılması Saytlarin yigilmasi

Son günlər Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti mütəmədi olaraq Suriya tərəfindən raketlərlə atəşə tutulur. Dünən Kilis şəhər mərkəzinə yenidən “Katyuşa” raketləri ilə zərbələr endirilib. Suriyanın İŞİD-in nəzarətində olan Bap bölgəsindən Kilis vilayətinə Rusiya istehsalı olan iki “Katyuşa” raket mərmisi atılıb. Raket zərbələri nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb. Atılan raketlər vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb. Yanvarın 18-dən bu yana şəhərə atılan raket mərmiləri nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Fırtına" özüyeriyən artilleriya qurğusu.Arxiv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button